• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Əliyevin ölüm işi: Bin Ladenlə müqayisə… Kişi söhbəti… Allaha müraciət... - REPORTAJ

Rasim Əliyevin ölüm işi: Bin Ladenlə müqayisə… Kişi söhbəti… Allaha müraciət... - REPORTAJ
31.03.2016 21:38
Bakı Ağır Cinayətlər Məhkəməsində ANNTV-nin reportyoru Rasim Əliyevin ölüm ilə əlaqədar 5 nəfər haqqında qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi ittiham olunanların son söz demələri ilə yekunlaşdı.

ANN.Az-ın məhkəmə salonunda olan müxbirinin qeydlərinə görə, kifayət qədər gec başlayan məhkəmə prosesi (məhkəmə prosesi 16.00-a təyin olunsa da, təxminən 17:00 radələrində başlamışdı – red.) elə ittiham olunanların etinasız davranışları, eləcə də tərbiyədən uzaq çıxışları ilə yekunlaşıb. 

Məhkəməyə sədrlik edən hakim Eldar İsmayılov ittiham olunan Elşən İsmayılova son söz üçün fürsət versə də, o, onunla bərabər kürsüdə əyləşənlərin çıxışından sonra danışmaq istədiyini deyib.

"Biz Bin Ladenik ki ...” – Camal Məmmədov

Təqsirləndirilən Camal Məmmədov son sözündə özlərini məşhur terrorçu ilə müqayisə edib: "Məgər biz Bin Ladenik ki, qabaqcadan əlbir olub cinayət törədək?”  O, məhkəmənin düzgün aparılmadığından şikayətçi olub: "Hansı haqq-ədalətdən danışırlar? Son söz olaraq nə deyim ki? Guya mən söz desəm nə olacaq, deməsəm nə olacaq? Özümü təqsirli bilmirəm”. 

Təqsirləndirilən şəxs əlavə edib ki, dövlət ittihamçısı daim onların əleyhinə danışıb: "Prokuror elə danışır ki, elə bil həkimlərin vəkilidi. Demirəm ki, gühansızıq. Ancaq bu qədər də olmaz! Əlavə günahları kimlərəsə yükləmək yalnız kasıbların başında çatlayır. Prokuror deyir ki, guya biz qabaqcadan əlbir olub cinayəti törətmişik?!  Məgər biz Bin Ladenik ki, qabaqcadan əlbir olub cinayət törədək? Danışa bilmirəm, içim yanır, partlayıram. Dövlət ittihamçısı bizə layiq olmadığımız cəza istədi -  11-12 il. Bəs bizim gəncliyimiz nəzərə almır? Layiq olmadığımız cəza istədiyini özü də bilirdi və həmin gün bizim gözümüzün içinə baxa bilmirdi. Bu iş prezident səviyyəsində həll olunduğu üçün heç kim müdaxilə edə, qarışa bilmir. Ancaq cənab hakim, biz sizə inanırıq. Ədalətli qərar verəcəyinizi düşünürük. Onu da deyim ki, Cavid Hüseynovun adını hələ də bu işlə hallandırırlar, amma  onun bu işlə əlaqəsi belə yoxdur. Hər kəs "Kürdəxanı”da cəmi bir gün qalsa, vəziyyətin necə olduğunu bilər. Ölən jurnalistin ailəsinə də başsağlığı verirəm. Allah rəhmət eləsin!”. 

Qeyd edək ki, məhkəmə prosesində iştirak edən müxbirimizin verdiyi məlumata görə, təqsirləndirilən beş nəfər arasında yeganə saçları bütünlüklə qırxılmış Camal Məmmədov idi. 

Oxucuların diqqətinə Camal Məmmədovla bağlı bəzi məqamları çatdırmaq istəyirik.

Bunlardan birincisi o idi ki, müttəhimlər kürsüsündə olan 5 nəfərdən yalnız Camal Məmmədovun saçları dibindən qırxılmışdı (istintaq təcridxanasında saxlanılanlar üçün belə halın olması heç də xoşagələn hal deyil – red.).

İkinci məqam odur ki, hələ məhkəmə prosesi başlamazdan əvvəl Camal Məmmədov barmaqlıqlar arasından ön sırada oturan jurnalistlərə qarşı hücuma keçib: "Bu jurnalistləri niyə qabaqda otuzdurmusunuz? Onsuz da ağızlarına gələnləri yazıb doldururlar. Onların burada olmağındansa, bizim valideynlərimizi, qohumlarımızı gətirib burada otuzdurun. Mənim yaxınlarım, qohumlarım hamısı məhkəmə qapısının arxasında qalıblar. Burda uşaqlarını həsrətlə görməyə gələn valideynlər var. Onları buraxın da içəri. Kimə və nəyə lazımdır bu jurnalistlər?”

***

"Vurmaq istəyim, niyyətim olsaydı vurardım” – Samir Mustafayev

Hakim Eldar İsmayılov daha sonra Samir Mustafayevə çıxış üçün imkan yaradıb. O, çıxışına Rasim Əliyevin ailəsinə başsağlığı verməklə başlayıb: "Allah rəhmət eləsin! Özümü təqsirli bilmirəm. Bu ittiham aktını Kamram Məmmədovun yəqin ki, hansısa xam xəyal əsasında yazıb. Hadisənin video görüntüsü ola-ola mənə 11 il 6 ay iş istənilib. Digər təqsirləndirilənlərdən cəmi 6 ay az. Məgər mən bu cəzaya uyğun nəsə etmişəm? Prokurorun əlində əlac olsaydı, bizə güllələnmə verdirər. Mənim bu işlə heç bir əlaqəm yoxdur. Pərviz zəng edib dedi ki, get filankəslə,  mən də getdim. O, da bilməyib ki, orada dava olacaq. Bu uşaqların heç birini tanımıram. İndiyə qədər də bu uşaqların heç birini tanımamışam. Hadisə anında da videoda göründüyü kimi heç bir şey etməmişəm, sadəcə insanlığımı göstərib ayırmağa çalışırdım. Vurmaq istəyim, niyyətim olsaydı, vurardım. Mənim ora getməyimin səbəbi vurmaq və ya döymək olmayıb. İstintaq zamanı müstəntiq  Kamran Məmmədov mənə deyirdi ki, sənin günahın orada olanlara yaxınlaşmağın və aralamağa başlamağındır. Videodakı həmin görüntüləri görməmək üçün gərək kor olasan. İttiham aktına baxsanız, görərsiniz ki, bizim verdiyimiz ifadələrdən bir kəlmə belə o vərəqədə yoxdu. Ümid edirəm ki, cənab hakim, sonda düzgün qərarı siz verəcəksiniz”. 
 
***

"Müstəntiq mənə dedi ki, sən sevin ki, sənin cibindən narkotik çıxmayıb” – Elşən İsmayılov

Məhkəməyə sədrlik edən hakim Eldar İsmayılov sonda sözü Elşən İsmayılova verib: "Boynuma pulqabı oğurlanması məsələsini qoymaq istəyirdilər. Ancaq mən onu götürmüşəmsə, Allah mənim atama, anama lənət etsin. Əgər əksinədirsə, Allah mənim boynuma bu gühanı qoymaq istəyənlərin cəzalarını versin! Bu uşaqlar arasında Arifdən başqa heç kimi tanımıram. Dövlər ittihamçısı deyir ki, qabaqcadan əlbir olub cinayət törətmisiniz. Mən bunlardan heç kimi tanımıram. Elədirsə, necə qabaqcadan əlbir ola bilərik? Onu öldürmək fikrim olsaydı, başımda maska, əlimdə bıçaq tək gedib öldürərdim. Öldürmək fikrim olmayıb. Mən bir səhv edib dalaşıb cinayət etmişəm, ancaq bu uşaqların ata-analarının gözlərini yaşlı qoymaq lazım deyil. Orada Camal təpik vurub, Arif dalaşıb və mən olmuşam digər uşaqların heç bir günahı olmayıb. Rasim özü bizi tora salıb çayxana adı ilə kamera altına çağırmışdı”.

Təqsirləndirilən şəxsin bu ifadəsi zalda əyləşən mərhum Rasim Əliyevin anası Teyfurə Əliyevanın hiddətinə səbəb olur, Eləşən İsmayılov isə özünə haqq qazandırır:  "Hər kəs öz balasını yaxşı tanıyır. Düz söz acı olur”.

Elşən İsmayılov daha sonra əlavə edib ki, dövlət ittihamçısı onlara ən ağır cəzanı istəyib: "Onun əlində əlac olsaydı, bizə ömürlük iş istəyərdi. Bakı İstintaq Təcridxanasında olanda bir müstəntiq gəlib mənə dedi ki, sən sevin ki, sənin cibindən narkotik çıxmayıb. Bu nə deməkdi?” 

Daha sonra E.İsmayılov ona qarşı qaldırılan cinayət maddələri ilə razılaşmadığını deyib: "Rasim dedi ki, yaxşı edib söymüşəm, ona görə də əsəblərimi cilovlaya bilmədim. Mən demirəm ki, günahkar deyiləm. Onu demək üçün vicdansız olmaq lazımdır. Mənim günahım var. Mən dalaşmasaydım, vurmasaydım Rasim Əliyev xəstəxanaya getməzdi və ölməzdi. Mən qanmaz deyiləm, bunları başa düşürəm. Ancaq çox peşmanam. Allah rəhmət eləsin! Ailəsinə başsağlığı verirəm. Teyfurə xanım sizə baş sağlığı verirəm”. 

Buna baxmayaraq, yenidən Elşən İsmayılovla Teyfurə Əliyeva arasında mübahisə düşdü: 

Teyfurə Əliyeva: Kişi ol yalan danışma, Rasim orda ağzını açmayıb, video görüntüdə də bu açıq şəkildə görünür!

Elşən İsmayılov: Kişiyəm, kişi olduğumu hamı bilir. Bilirəm ki, siz məndən acıqlısız ancaq bəndə kimdir ki, məni bağışlasın?!  Əsas Allah məni bağışlasın!

Orxan Aslanlı





Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol