Yağan yağışlar bu əraziləri sürüşdürdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyin əməkdaşları işləri davam etdirirlər.
Havanın kəskin dəyişməsi bəzi ərazilərdə aktivliyi gücləndirəcək. ANS PRESS-in məlumatına görə, son günlər yağan leysan yağışları ilə əlaqədar Bakı və Abşeron rayonlarındakı sürüşmə sahələrində vəziyyət əvvəlki vaxtlara nisbətən o qədər də gərgin deyil.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
Onun sözlərinə görə, sürüşmə müşahidə olunan ərazilər hələ ki, Zığ sahəsidir. "Bayıl və Badamdar ərazilərində isə aktiv sürüşmə zonaları sabit vəziyyətdədir, orada çatlarda genişlənməyə rast gəlinməyib. Bu da orada bərpa işlərinin getməsi ilə əlaqədardır", - deyə Ələmdar Piriyev əlavə etdi.
Baş geoloq onu da vurğuladı ki, hazırda əməkdaşlar sürüşmə ilə bağlı əraziləri nəzarətdə saxlayırlar və hansı zonalarda sürüşmə qeyd olunsa, bu barədə Nazirliyə məlumat verəcəklər.
Bakı-Şamaxı-Yevlax yolunda baş verən sürüşmə zonası haqqında isə Ələmdar Piriyev bildirdi ki, adı çəkilən ərazidəki sürüşmənin qarşısnı Azəravtoyol almalıdır: "Həmin ərazi qədim sürüşmə sahəsidir. Yəqin ki, artıq müəyyən qədər həmin sürüşmənin qarşısı alınıb. Yağışlar dayandıqdan sonra biz də həmin ərazidə müəyyən təhlükəsizlik işləri aparmalıyıq", - deyə o, bildirdi.
Bakı-Şamaxı-Yevlax yolundakı sürüşmə ilə bağlı Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz şəxsi "Facebook" səhifəsində mövqe bildirib:
"Bakı-Şamaxı-Yevlax yolunda sürüşmənin qarşısı alınması xəbəri ilə bağlı yanlışlıq baş verib. Belə ki, sürüşmənin qarşısı sözügedən avtomobil yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində deyil, 106-cı kilometrliyində alınıb. Bilirsiniz ki, həmin ərazidə martın 25-də sürüşmə baş vermişdi və yamacda olan torpaq qatı yola doğru hərəkət edərək, yolkənarına tökülürdü. Dərhal həmin əraziyə əməkdaşlarımız və lazımi texnika cəlb olundu. Dayanmadan aparılan işlər nəticəsində sürüşmənin qarşısını hələlik almaq mümkün olub. Bu günlər ərzində gecə-gündüz xüsusi texnikalar vasitəsi ilə sürüşüb yola doğru gələn torpaq qatı çıxarılaraq kənara daşınıb. Təqribən həmin ərazidən 6-7 min kub torpaq daşınıb, Bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb. Hazırda ərazidə sürüşmə müşahidə olunmur.
O ki, qaldı Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsinə orda sürüşmə və çökmə hadisəsi qeydə alınmışdı. Həmin ərazidə çökmüş ərazi bərpa olunub, sürüşmənin təkrarlanacağı təqdirdə avtomobil yoluna ziyan vurmasın deyə qabaqlayıcı tədbirlər görülür və bu istiqamətdə işlər hazırda da davam etdirilir".
Anar Nəcəflinin "Facebook" səhifəsində paylaşdığı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























