• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisə danışılmış oyunlarla bağlı layihə təqdim ediləcək

Milli Məclisə danışılmış oyunlarla bağlı layihə təqdim ediləcək
01.04.2016 11:04
"Danışılmış oyunların araşdırılması məsələsi daha çox mənə aiddir. Təəssüf ki, bizim işimiz qənəatbəxş deyil. Gördüyüm işdən məmnun deyiləm”.

 Bunu "Report"a açıqlamasında AFFA-nın hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev deyib.

Onun sözlərinə görə, şübhəli oyunlarla bağlı araşdırmalarda nəticənin olmamasının obyektiv səbəbləri daha çoxdur: "Təbii ki, subyektiv səbəblər də ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklikə bağlı tərəfimizdən layihə hazırlanır. Bunu iyunda Milli Məclisə təqdim edəcəyik. Azərbaycan özü də Avropa Şurası çərçivəsində "İdman oyunlarının nəticələrinin manipulyasiyası” konvensiyasına qoşulub. Artıq qanunvericilikdə bu dəyişiklik olandan, bizə müəyyən məlumat daxil olandan sonra sənədləri hüquq-mühafizə orqanlarına göndərəcəyik. Onlar araşdırmaya başlayacaq, biz də yardımçı olacağıq. Güman edirəm ki, nəticələr olacaq”.

R.Malıyev bəzi mətbu oranqların danışılmış oyunlarla bağlı yazılara da münasibət bildirib: "Mətbuat nəyəsə əsaslanaraq, bəzən də heç bir şeyə əsaslanmayaraq filan oyunun final ölkədə "stavka”ya qoyulduğunu yazır. Bu, belədirsə, girib şəklini çəkmək, sübut qoymaq olar. Bunu da eləmirlər. Biz də işlərimizi birbaşa UEFA ilə koordinasiya edirik. Hər hansı şübhəli oyun olanda, UEFA-ya müraciət edirik. Mərkəzləşmiş bettinq şirkətləri, onların sistemi var. Ora həyəcanlı oyun daxil olan kimi məlumat gəlir, ordan da bizə ötürülür”.
Qeyd edək ki, Azərbaycanda daha çox I Divizion qarşılaşmalarının danışılmış olmalarına dair iddialar irəli sürülür. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol