• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə ADU-da ÖSD imtahanları təşkil olunacaq - Fotolar

Azərbaycanda ilk dəfə ADU-da ÖSD imtahanları təşkil olunacaq - Fotolar
01.04.2016 15:22

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən OeAD mərkəzinin – Avstriya Mübadilə Xidməti ilə alman dili üzrə ÖSD imtahan mərkəzi arasında müqavilə imzalanıb.
 
Müqaviləyə əsasən Avstriyalı mütəxəssislər-Beate Foltin və Sandra Braun tərəfindən 4-7 aprel 2016-cı il tarixlərində adıçəkilən mərkəzin əməkdaşlarına ÖSD imtahanları üzrə təlimlər keçiriləcək.
 
Təlimlərdən sonra Azərbaycanda ilk dəfə Azərbaycan Dillər  Universitetində 8-9 aprel 2016-cı il tarixlərində alman dili üzrə ÖSD imtahanları təşkil olunacaq və bu imtahanlar mütəmadi olaraq  hər 3-4 aydan bir Dillər Universiteti tərəfindən həyata keçirələcək.  Bununla da ADU Avstriya, İsveçrə və Almaniyada tanınan dil sertifikatları vermək hüququnu əldə edəcək.
 
Qeyd edək ki, Avstriyanın alman dili üzrə beynəlxalq sertifikat verən qurumu olan ÖSD nəinki Avstriyada, hətta Almaniya və İsveçrədə də tanınır. Belə ki, həmin sertifikatlar əmək bazarında, ali təhsil məktəblərində, digər tədris müəssisələrində, eləcə də yaşayış hüququ aldıqda keçərli hesab olunur.  
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol