• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir yeni əmr imzaladı

Nazir yeni əmr imzaladı
01.04.2016 17:33

Səhiyyə naziri Oqtay Şirəliyev "2016-2020-ci illər uçun vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” nın həyata keçirilməsinə dair əmr imzalayıb.


Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, əmrdə ”2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının təsdiq olunması, aidiyyəti qurumların rəhbərlərinə tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsinin təmin edilməsi, habelə görülən işlər barəsində vaxtaşırı Səhiyyə Nazirliyinə məlumat verilməsi kimi bir çox məsələlər tapşırılır.

Tədbirlər Planında vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin ÜST-nin vərəmlə mübarizə strategiyasına uyğun təkmilləşdirilməsi, vərəmli xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, vərəmin diaqnostikasının yaxşılaşdırılması məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin müasir laboratoriya avadanlığı ilə təchiz edilməsi, mikrobioloji laboratoriya avadanlığı ilə təchiz edilməsi, mikrobioloji laboratoriyanın zəruri reaktiv və ləvazimatlarla təchiz olunması, vərəmə qarşı dərman preparatlarının keyfiyyətinə nəzarətin təminatı, xəstəliyin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun peyvəndlə əhatə edilməsi, vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələrinin spesifik sınaq vasitələri ilə təminatı, vərəm əleyhinə müəssisələrdə infeksiyaya qarşı mühafizə tədbirlərinin gücləndirilməsi, vərəm əleyhinə tibb müəssisələrinin dərman preparatları ilə davamlı təminatı, vərəmin profilaktikası, diaqnostikası müalicəsi üzrə mütəxəssislərin hazırlanması, bu sahədə çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili və.s bu kimi məsələlər əks olunub.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol