• $
  • €
  • ₽
  • ₺
  • £

“Biz siyasi partiyalarla istənilən məsələnin müzakirəsinə hazırıq”

“Biz siyasi partiyalarla istənilən məsələnin müzakirəsinə hazırıq”
29.05.2020 02:35
""Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların YAP-a görüşlə bağlı müraciətində konkret müzakirə mövzuları göstərilməyib”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bəzi müxalif partiya rəhbərlərinin YAP-a müraciətində konkretlik yoxdur və bu haqda hər hansı sənəd təqdim edilməyib: "Konkret bir proqram, plan, layihə ortada yoxdur. Biz nəyi müzakirə edəcəyik?! Yeni Azərbaycan Partiyası və iqtidar istənilən məsələnin müzakirəsinə hazırdır. Bilirsiniz ki, YAP-ın tərkibində Dialoq Komissiyası fəaliyyət göstərir və buna da Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov rəhbərlik edir. Keçən il Azərbaycanda qeydiyyatdan keçmiş partiyaların böyük əksəriyyətinin iştirakı ilə 4 dəfə görüş keçirilib, müxtəlif təkliflər irəli sürülüb və bunlar ardıcıl şəkildə müzakirə olunub. Amma hər bir müzakirənin əsasında bir sənəd dayanmalıdır. Məsələn, parlamentdə qanun layihəsi olmalıdır ki, onu müzakirə edəsən. Bu gün də hər hansı bir siyasi partiya, ya da koalisiya bir məsələ qaldırırsa, ekspertlərin hazırladığı konkret bir sənəd ortaya qoymalıdır ki, bununla bağlı müzakirə getsin. Yenə təkrar edirəm ki, ortada konkret məsələ olmalıdır. Təəssüflər olsun ki, onlar belə bir sənəd ortaya qoymayıblar”.

Xatırladaq ki, Azərbaycanda bəzi müxalifət partiyalarının iştirakı ilə yaradılan "Anti-böhran koalisiyası” ölkədəki ictimai-siyasi vəziyyətin birgə müzakirəsi üçün YAP-a müraciət edib. Koalisiyaya Böyük Azərbaycan, (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, "Gələcək Azərbaycan”, Milli Konqres MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf (VİP) partiyaları, "Ağ Blok” daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak etməyə üstünlük verib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol