Ağdamın icra başçısı rayondakı vəziyyətdən danışdı

Ağdam rayonuna hazırda hərbi müdaxilələr olsa da, əhali öz yerindədir.
Bunu Report-a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.
O qeyd edib ki, hər kəs öz gündəlik kənd təsərrüfatı və məişət işləri ilə məşğul olur:
"Ağdam rayonu təmas xəttində yerləşir. Təmas xətti rayonun 21 kəndindən keçir. Rayonda 94 min əhali yaşayır. Hazırda hərbi müdaxilələr var, buna baxmayaraq, əhali öz yerindədir”.
Icra başçısı əlavə edib ki, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və icra strukturlarının nümayəndələri kənd sakinləriylə görüşüb:
"Bu gün rayonda baş verən hadisələr əhalidə ruh yüksəkliyi yaradıb. Hər kəs işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması üçün bütün çağırışlara hazırdır”.
R.Məmmədov vurğulayıb ki, bu saata qədər Ağdam ərazisində ölən və yaralanan olmayıb:
"Rayonun bir neçə kəndinə mərmi düşüb. Mərmilərin düşdüyü ərazilər ziyansız ötüşüb, insan tələfatı və yaralanan olmayıb. Baş verən hadisələrlə bağlı yayılan məlumatlar tamamilə yanlışdır, rayonda hər şey öz axarı ilə gedir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























