• $
  • €
  • ₽
  • ₺
  • £

"Ali Baş Komandanın əmrini gözləyirik”

"Ali Baş Komandanın əmrini gözləyirik”
03.04.2016 13:00
ANS-in çəkiliş qrupu cəbhə boyu möqelərimizin və yaşayış məntəqələrimizin düşmən tərəfindən intensiv atəşə məruz qalması nəticəsində xəsarət alan şəxslərlə Tərtər Rayon Mərkəzi Xəstəxanasında görüşüb. ANS PRESS-in məlumatına görə, bu barədə ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev  onlardan biri Sadiq Əliyevlə görüşüb. 
 
Yaralı açıqlamasında bildirib ki, atışmadan xəbər tutan kimi Gəncədən Tərtərə gəlib insanlara nə lazım olduğunu, onlara necə köməklik edə biləcəyi ilə maraqlanıb:

"Axşama yaxın bir yoldaşı cəbhə tərəfə gedərkən gördük. Onu getdiyi yerə apardıq. Kəndin yaxınlığına çatanda qəfil partlayış olduğunu gördük. Bir az keçəndən sonra başa düşdüm ki, bizi "minomyot”la vurublar. Özümü itirmədin və maşını tez yoldan aşağı saldım. Bir az aşağı ilə getdim ki, bizi görməsinlər. Daha sonra yenidən yuxarı yolla sürdüm və maşını xəstəxanaya çatdırdım. Daha sonra isə bizi burada müayinə etdilər”.

S. Əliyev bütün bunlara baxmayaraq əhval-ruhiyəsinin yüksək olduğunu bildirib: "Yanımdakı yoldaş əməliyyatdan sağ-salamat çıxsa əhvalım daha yaxşı olacaq. Ermənilər bilməlidir ki, bu işin geci-tezi var. Artıq bıçaq sümüyə dirənib. Nə qədər ki, qeyrətli oğullar var ermənilər öz yerlərinə qayıdacaqlar. Bir arzum var, o da, Şuşaya getməkdir. Mən hərbçilərimizlə görüşdüm. Bütün hərbçilərin əhval-ruhiyəsi yaxşıdır. Hər kəsin bir sözü vardı. İrəli getmək üçün Ali Baş Kamandanın əmrinin gəlməsini gözləyirik.”

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol