• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıda beynəlxalq soyqırımları konfransı başlayır

Şamaxıda beynəlxalq soyqırımları konfransı başlayır
06.04.2016 23:43
ANN.Az xəbər verir ki, aprelin 7-10-da Şamaxı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı III Beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutunun mətbuat xidmətinin yaydığı məlumata görə,  beynəlxalq elmi konfrans "Birinci Dünya müharibəsi illərində Qafqaz regionunda soyqırımlar”, "Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1918-1920-ci illər)” və "Şərqi Anadolu, Urmiya və Salmas bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı üç bölmədə fəaliyyət göstərəcək.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin açacağı, daha sonra plenar iclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və başqalarının çıxış edəcəkləri gözlənilir.

Bu konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Albaniya, Almaniya, Türkiyə, Rusiya (o cümlədən Moskva şəhəri, Tatarıstan Respublikası və Şimali Qafqazın bir sıra respublikaları), Özbəkistan, Gürcüstan və Polşadan olan alimlər elmi məruzələrlə çıxış edəcəklər. Konfrans iştirakçıları Şamaxının tarixi yerləri ilə, o cümlədən 1918-ci ildə erməni vandalları tərəfindən dağıdılmış və ölkə başçısının göstərişi ilə yenidən təmir olunub istifadəyə verilmiş Şamaxı Cümə məscidi ilə tanış olacaqlar.

Beynəlxalq konfrans iştirakçıları tərəfindən dünya ictimaiyyətinə müraciət qəbul olunacağı nəzərdə tutulur.

Konfransa təqdim olunmuş məqalələr "AMEA Tarix İnstitutunun Elmi Əsərlərinin Xüsusi buraxılışı” şəklində çap olunub və konfrans iştirakçılarına təqdim olunacaq.

Qeyd edək ki, "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı I və II beynəlxalq konfranslar Quba şəhərində ölkə başçısının göstərişi ilə ucaldılmış Soyqırım Memorial Kompleksində keçirilmişdir.




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol