• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da Frankofoniya həftəsi davam edir - Fotolar

ADU-da Frankofoniya həftəsi davam edir - Fotolar
07.04.2016 21:07
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransız dili kafedrası və Fransa Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə "Frankofoniya həftəsi"nə həsr olunmuş "Le français chez nous" (Fransız dili bizdə) adlı tədbir keçirildi. Tədbirdə Filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əlaqələr üzrə məsul şəxsi, Campus France Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Batist Minyo, universitetin professor-müəllim və tələbə heyəti iştirak edirdi.
 
Bayram tədbirini açıq elan edən rektorun müşaviri, doktor Vazeh Əsgərov Bakıda keçirilən "Frankofoniya həftəsi” və bununla bağlı universitetdə həyata keçirilən tədbirlər haqqında ümumi məlumat verdi. V.Əsgərov tədbirin təşkilində əməyi keçən hər kəsə, o cümlədən tədbir iştirakçılarına təşəkkür etdi.
 
Tədbir Frankofoniya himninin səsləndirilməsi ilə başladı.
 
Tədbirdə ADU-nun fransız dili üzrə təhsil alan tələbələri və Baku Oxford Shcool, həmçinin və Nərimanov rayonu 73 saylı orta məktəb şagirdlərinin iştirakı ilə fransız dilində səhnəciklər nümayiş olundu, yumorlar, şeirlər və mahnılar səsləndirildi, həmçinin rəqslər ifa edildi.
 
Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva "Frankofoniya həftəsi" çərçivəsində tədbirin əhəmiyyətini qeyd etdi, onun yüksək səviyyədə təşkil olunduğunu söylədi  və uğurlar arzuladı.  
 
Campus France Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Batist Minyo, öz növbəsində "Bərabərlik, birlik, həmrəylik” devizi altında həyata keçirilən Frankofoniya haqqında danışdı. O, universitetdə bu kimi tədbirlərin təşkilinə görə universitet rəhbərliyi başda olmaqla, müəllim-tələbə heyətinə təşəkkürünü bildirdi.
 







www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol