• $
  • €
  • ₽
  • ₺
  • £

Ordumuzun geri aldığı Talış kəndindən... - “Ermənilər silah-sursatı atıb qaçırdılar...”

Ordumuzun geri aldığı Talış kəndindən... - “Ermənilər silah-sursatı atıb qaçırdılar...”
07.04.2016 23:28
İki gündür Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflər arasında razılıq əldə olunsa da Ermənistan ordusu buna əməl etmir.

ANN.Az anspress-ə istinadən xəbər verir ki, həmçinin düşmən aprelin 2-dən 5-nə qədər davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun əldə etdiyi mövqeləri geri qaytardıqları barədə əsassız və yalan məlumatlar yaymaqda davam edir.

Əsl həqiqəti görmək və hər bir azərbaycanlıya çatdırmaq üçün birbaşa cəbhəyə yollanırıq. Çəkiliş qrupumuzu müşayiət edən zabit təqribən 200 metrdən sonra azad olunmuş əraziyə daxil olacağımız barədə məlumat verir.

Düşmənin keçilməz sədd adlandırdığı yeri (vaxtilə Ermənistan ordusunun istehkam xətti olub) biz hərbi avtomobillə keçirik. Daha 2 km getdikdən sonra bizi qalib ordunun əsgərləri qarşılayır.

Talış kəndi ərazisində olan Azərbaycan əsgərləri



Hər birinin üzündə fərəh və qürur hissi görürük. 24 ildir azərbaycanlı ayağı dəyməyən ərazidəki ən uca zirvədə isə layiq olduğu bayraq dalğalanır.

Hazırda biz Talış kəndi ərazisindəki yüksəkliklərdəyik. Hansı ki, 5 gün öncə burada Ermənistan ordusu mövqelənmişdi. Artıq Azərbaycan ordusu yüksəkliyi ələ keçirib və Azərbaycan bayrağını ən yüksək təpəyə sancıb.

Əhval ruhiyyəsinin yüksək olduğu hər halından hiss olunan Azərbaycan əsgəri artıq yeni mövqelərində möhkəmlənir.

"Ermənilər silah-sursatı atıb qaçırdılar, biz də irəliləyirdik. İndi qazıntı işləri gedir. Bacardığımız qədər möhkəmləndirəcəyik mövqeləri", - əsgər Sahib Musayev bildirdi.

"Biz bu tanklarla sübut elədik ki, Azərbaycan Silhalı Qüvvələri, Azərbaycan tankçıları nəyə qadirdir. Tanklarımızın durduğu yerə 23-24 ildir azərbaycanlı ayağı dəymirdi. Biz hələ bundan qabağa da getməyə hazırıq. Əhval-ruyiyyədə ki, şəxsi heyətdə yüksəkdir", - tankçı Səxavət Baxışov dedi.

Çəkiliş zamanı Ermənistan silahlı birləşmələri Azərbaycan ordusunun yeni mövqelərini atəşə tutur. Azərbaycan əsgəri isə məğlub Ermənistan ordusunun pərakəndə atəşini mərdliklə qarşılayır. Cavab atəşi açmır sadəcə hazır vəziyyətdə gözləyir.

Azərbaycan Ordusunun nəzarətinə keçən ermənilərin postu



Çəkiliş qrupumuz irəlidə daha bir tərk edilmiş erməni mövqeyinə yaxınlaşır. Ətrafda Ermənistan əsgərinin təlaşdan atıb qaçdığı sursat və yeşikləri, erməni dilində yazılmış sənədlər diqqətimizi cəlb edir.

Gördüyünüz bu tikili vaxtiylə Ermənistan silahlı birləşmələrinin mövqeyi olub və biz buranı həmişə 2,5 uzaqdan, Tap-Qaraqoyunlu kəndindən çəkib göstərməyə çalışmışıq, İndi isə biz həmin mövqeyin içərisinə girəcəyik. Yenə bizi qalib ordunun əsgərləri qarşılayır. Axşama doğru biz geri dönürük. Azərbaycan əsgəri isə işğal altındakı əraziləri azad etmək üçün döyüş əmri gösləyir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol