• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev “AITF-2016” sərgisində

İlham Əliyev “AITF-2016” sərgisində
08.04.2016 12:11
Bu gün Azərbaycan  Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində "AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2016” X Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Oxu.Az-ın xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına və xanımına məlumat verib ki, 2002-ci ildə təməli qoyulan "AITF” sərgisi bu il 15-ci yubileyini qeyd edir.

"AITF-2016” sərgisində turizmin müxtəlif istiqamətlərini təqdim edən 200-dən artıq şirkət iştirak edir. Belarus, Çexiya, Gürcüstan, Dominikan, Hindistan, Xorvatiya, İndoneziya, İran, İspaniya, Monteneqro, Rusiya Federasiyasının Stavropol vilayəti, Tailand, Türkiyə və Yurmala öz ölkə və regionlarının turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə pavilyonlarla çıxış edirlər. Bundan başqa, sərgidə ABŞ, İordaniya, İsveçrə, İtaliya, Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, Ukrayna, Yunanıstan və digər dövlətlərdən şirkətlər isə fərdi stendlərlə təmsil olunaraq xidmət və məhsullarını təqdim edirlər.

"AITF-2016” sərgisində Azərbaycanın turizm imkanları da geniş təqdim olunur. Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan və digər rayonlar respublikamızın turizm potensialını nümayiş etdirir. Sərgidə qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən ənənəvi Qarabağ stendi də təqdim olunur.

Sonra dövlət başçısı və xanımı Bakıda turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxıblar.

Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzulayıb.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol