• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərpoçt"da dövlət büdcəsindən gizlədilən vəsait aşkarlandı

"Azərpoçt"da dövlət büdcəsindən gizlədilən vəsait aşkarlandı
08.04.2016 16:59
Bu barədə Hesablama Palatasının hesabatında qeyd edilib

"Azərpoçt" MMC tərəfindən dövlət büdcəsinə gəlirlərin hesablanması və ödənilməsi, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun Hesablama Palatası və Vergilər Nazirliyi ilə birgə auditi aparılıb. Audit nəticəsində cəmiyyət tərəfindən qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və icra müqavilələri bağlanmadan balansında olan və Bakı şəhərində yerləşən 4 061,4 kv. metr qeyri-yaşayış sahəsi ofis kimi kommersiya hüquqi şəxslərə icarəyə verilib, bu əməliyyat üzrə qanunvericiliyə uyğun olaraq icarə haqqının 50%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilməyib.

"Report”un xəbərinə görə, bu barədə "Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

Sənəddə deyilir ki, mənfəət vergisinin bəyannamələrində müəssisənin zərəri düzgün göstərilməyib, universal poçt rabitəsi xidmətlərinin təqdim edilməsindən yaranan zərərin kompensasiyası üçün dövlət büdcəsindən alınmış subsidiyanın ƏDV-yə cəlb edilməməsi, eləcə də MMC-nin nizamnamə kapitalına aid edilən və eyni zamanda qanunvericiliklə ƏDV-yə cəlb edilməsi nəzərdə tutulmayan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən, vergi hesab faktuaları üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəticəsində kommersiya fəaliyyəti üzrə malların (işlərin, 
xidmətlərin) təqdim edilməsindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği 1 169, 9 min manat azaldılıb, 29,7 min manat məbləğində ƏDV vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturaları üzrə alınmış malların (işlər, xidmətlər) dəyəri ödənilən gündən gec ödənilib, vergitutma bazasının düzgün müəyyən edilməməsi səbəbindən əmlak vergisi 3,8 min manat artıq hesablanıb.
Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub və aprelin 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol