• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da İndoneziya səfiri ilə görüş keçirildi

ADU-da İndoneziya səfiri ilə görüş keçirildi
08.04.2016 23:59
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin İndoneziya Araşdırmalar Mərkəzininin təşkilatçılığı ilə İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananienin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri  ilə görüşü keçirildi.
 
ADU-nun İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə  görüşdə Xarici Dillər kafedrasının müdiri, dosent Salman Nuriyev səfiri və qonaqları salamladı, universitetdə fəaliyyət göstərən İndoneziya Araşdırmalar mərkəzi haqqında ətraflı məlumat verdi. İndoneziya səfirliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini  söyləyən S. Nuriyev ADU-nun ölkəmizdə aparıcı ali təhsil müəssisəsi olduğunu bildirdi. Burada  tədris olunan dillər barədə görüş iştirakçılarına məlumat verdi. O, tələbələrin İndoneziya dilini böyük həvəslə öyrəndiklərini və onların müxtəlif layihələrdə iştirak etdiklərini də vurğuladı.
 
Gələcəkdə universitet və səfirliyin əməkdaşlığının möhkəmlənəcəyinə, tələbə-müəllim mübadiləsinin olacağına ümidvar olduğunu vurğuladı.

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Husnan Bey Fananie İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrin gələcəkdə İndoneziyada  müvafiq kurslarda təhsil almalarına daim dəstək olacağını söylədi. O, bu görüşün qarşılıqlı əlaqələri inkişaf etdirmək imkanı yaratdığını bildirdi. Səfir İndoneziyanın tarixini, mədəniyyətini, incəsənət abidələrini əks etdirən kitabları universitetin İndoneziya Mərkəzinə hədiyyə etdi. Eyni zamanda, səfir İndoneziyanın görməli yerlərini əks etdirən disk və İndoneziyanın milli parçası olan "botik” i mərkəzə hədiyyə etdi. 

Görüş hər iki ölkənin dövlət himnnini səsləndirilməsi ilə sona yetdi.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol