• $
  • €
  • ₽
  • ₺
  • £

Professor İmamverdi Əbilov vəfat etdi

Professor İmamverdi Əbilov vəfat etdi
09.04.2016 09:52
Filologiya elmlər doktoru, professor, əməkdar müəllim İmamverdi Əbilov vəfat edib.
 
"Report"un xəbərinə görə, İ.Əbilov Neftçala rayonunda 89 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, İ.Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirib.
1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı, Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb.

Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilib.

Moskva, Tehran, Təbrizdə, Bağdad, Zaqafqaziya Respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda məruzələrlə çıxış edib. Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olub. 800-dən artıq məqaləsi dərc edilib. Filologiya elmləri doktorudur. "Rəsul Rza" (1960), "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rzı", "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı. Rəhmət duası", "Ömrün anları", "Əsrlər... nəsillər... əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" (2013) kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunub.

2000-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub və başqaları İmamverdi Əbilova şeirlər həsr ediblər. Akademik Bəkir Nəbiyev İ.Əbilov barədə "El ağsaqqalı, elm fədaisi - İmamverdi Əbilov" (2007) kitabını yazıb.

Haqqında sənədli filmlər çəkilib.

İmamverdi Əbilovun 80 illik yubileyi görkəmli elm, ədəbiyyat və dövlət xadimlərinin iştirakı ilə 2007-ci ildə Neftçalada qeyd olunub.
"Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turanın atasıdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol