• $
  • €
  • ₽
  • ₺
  • £

Bu partiyalar MSK-dakı nümayəndəsini müəyyənləşdirdi

Bu partiyalar MSK-dakı nümayəndəsini müəyyənləşdirdi
09.04.2016 16:16
Azərbaycan Milli Məclisində təmsil olunan bir neçə partiya Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndəsini müəyyənləşdirib.

"Report"un xəbərinə görə, Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) və Vəhdət Partiyası birgə İlkin Şahbazovun namizədliyini irəli sürüblər. İ.Şahbazov Sosial Rifah Partiyasının üzvüdür.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) da MSK-dakı nümayəndəsini müəyyən edib. VHP-ni hazırda MSK üzvü olan Almas Qəhrəmanlı təmsil edəcək.

Böyük Quruluş Partiyası (BQP) və Azərbaycan Demokrati Maarifçilik Partiyası (ADMP) isə Bəxşeyiş Əsgərovun namizədliyini irəli sürüblər.

Qeyd edək ki, Milli Məclis siyasi partiyalara MSK təmsil olunacaq üzvlərinin müəyyənləşdirilməsi üçün müraciət edib.
 
Məsələ Milli Məclisin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MSK-nın hazırkı tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb, tərkibi 18 üzvdən ibarətdir. Komissiya üzvlərini Milli Məclisdə təmsil olunan siyasi partiyaların və bitərəf deputatların irəli sürdüyü namizədlər əsasında Milli Məclis təsdiqləyir.

MSK-nın 2010-cu ildə formalaşan tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol