• $
  • €
  • ₽
  • ₺
  • £

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı
10.04.2016 14:00
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Hacıqabul rayonu Qarasu kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunun Qarabaqqal kənd sakini Əhməd Bəxtiyar oğlu Nuriyev idarə etdiyi 90- MU- 953 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobillə yolu keçən piyada Qarasu kənd sakini, 1972-ci il təvəllüdlü Rza Alış oğlu Abışov vurub.

Qəza nəticəsində piyada Rza Abışov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü Əhməd Nuriyev isə mərhumun ailə üzvlərinin ona xəsarət yetirə biləcəyindən ehtiyat edərək avtomobilini hadisə yerində qoyaraq ərazidən uzaqlaşıb. bir müddət sonra isə polisə könüllü olaraq təslim olub.

Faktla bağlı araşdırma davam etdirilir.

Ölkə ərazisində ölümlə nəticələnən sonuncu ağır qəza Şəmkir rayonunda qeydə alınıb. Bakı - Qazax magistralının rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində "Mercedes” markalı yük avtomobili ilə "VAZ 2106” markalı minik maşını toqquşub. Nəticədə "VAZ”-ın sürücüsü 47 yaşlı Mürvət Məmmədov və sərnişin  45 yaşlı Rafiq Verdiyev dünyasını dəyişib. 

Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə aparılıb və müayinədən sonra ailələrinə təhvil verilib. 




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol