• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda narkotik istifadəçiləri olan qadınların sayı açıqlandı

Azərbaycanda narkotik istifadəçiləri olan qadınların sayı açıqlandı
11.04.2016 12:13
"Hazırda respublika üzrə qeydiyyatda olan 28 555 narkotik istifadəçilərinin 592 nəfəri qadındır". 

"Report"un məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil olunan "dəyirmi masa”da narkoloji xidmətin mövcud vəziyyəti və görülən işlər barədə danışarkən deyib.

Onun sözlərinə görə, ölkədə bu gün narkomanların ümumi sayı 28 555 (o cümlədən opioidlərin qəbulu nəticəsində 20 036 nəfər, kannabioidlərin qəbulu nəticəsində - 8519 nəfər), dispanser qeydiyyatında olanlar 23 153 nəfər, profilaktik 5 402 nəfər, anonim müalicə alan 583 nəfər, toksikoman 158 nəfərdir.

Mərkəzin direktoru əlavə edib ki, keçən il ərzində 2017 narkoman qeydiyyata götürülüb: "Onlardan dispanser qeydiyyatında olanlar 1432 nəfər, profilaktik isə 585 nəfər təşkil edib. Son üç il ərzində Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə 424 xəstə müalicə alıb".

O, həmçinin qeyd edib ki, 2015-ci ildə 2833 nəfər könüllü müalicə almaq üçün Mərkəzə müraciət edib: "Bundan başqa, ötən il Ədliyyə Nazirliyi tərəfindən Mərkəzə göndərilən şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə bu müddət ərzində ekspertizadan cəmi 3 111 nəfər keçib. Onlardan 1 577 nəfərə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 13 nəfərdir.

Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir şəhər narkoloji dispanserləri və bir sıra Mərkəzi Rayon Xəstəxanalarının narkoloji kabinetlərinin nəzdində, ümumilikdə, 48 könüllü məsləhət və müayinə məntəqəsi təşkil edilib. Keçən il ərzində məntəqələrdən 44 278 nəfər şəxs müayinədən keçib. 2015-ci ildə Respublika Narkoloji Mərkəzində 30 655 nəfər sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçib".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol