• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni növ narkotik maddələrin siyahısı hazırlanır

Azərbaycanda yeni növ narkotik maddələrin siyahısı hazırlanır
29.05.2020 08:42
Azərbaycanda yeni növ narkotik maddələrin siyahısı hazırlanır. 

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov deyib.

Onun sözlərinə görə, bu gün dünyada "dizayn narkotik"dən geniş istifadə olunur: "Bununla bağlı Vyanada Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə həmin narkotiklərin müvafiq siyahıya salınması məsləhət görülüb. Bu tövsiyə yekdilliklə qəbul olunub. Bununla da həmin maddələr qadağan olunmuş narkotik vasitələrinin tərkibinə daxil edilib".
"Hazırda bizim ölkədə də bu istiqamətdə işlər gedir" - deyən qurum rəsmisi bildirib ki, həmin narkotik vasitələr müəyyənləşdirilərək siyahıya alınır: "Onların miqdarı, qadağan olunmuş narkotik və prisxatrop maddələrin, dövriyyəsinə nəzarət olunan psixatrop maddələrin siyahısına salınması nəzərdə tutulub. Siyahılar hazırlanaraq təsdiq olunması üçün ilkin olaraq Nazirlər Kabinetinə göndərilib. Orada müvafiq nazirliklərlə müzakirələr təşkil olunacaq, son nəticə siyahıları hazırlanacaq. Milli Məclisə layihə təqdim olunacaq və yekun qərarı prezident təsdiqləyəcək".

Mərkəzin direktoru qeyd edib ki, bunlar yeni sintetik yolla hazırlanan narkotik vasitələrdir: "Onlar dərman vasitələri deyil. Yeni təqdim olunan "dizayn narkotik"lərinin siyahısı ümumi narkotik vasitələrin siyahısına əlavə kimi təqdim olunacaq. Ümumilikdə siyahıy 12 adda yeni "dizayn narkotik"lərinin siyahısı əlavə ediləcək. Onlardan 7-si ümumi narkotiklərin siyahısına, 4-ü dövriyyəsi qadağan olunan psixotrop maddələrin (onlar psixi təsir göstərir), biri isə dövriyyəsinə nəzarət olunan psixotrop maddələrin siyahısına daxil ediləcək.
Bütün yeni narkotik maddələr beynəlxalq təcrübədə "dizayn narkotik"ləri adlandırılır. Çünki onların tərkibləri müxtəlif psixiatrik maddələrdən təşkil olunub. Azərbaycanda son dövrlər bu tip narkotiklərə təsadüf olunur. Ölkə üzrə geniş yayılmasa da, qabaqlayıcı tədbirlər görülməsi üçün onların bu və ya siyahıya salınması tövsiyə olunur".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol