"Tək övladların ön cəbhəyə göndərilməsinə yenidən baxılacaq" - Millət vəkilləri

Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin xeyli sayda hərbi qulluqçusu şəhid olub. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz arasında ailənin tək övladı olanların da sayı az olmayıb.
Bir müddət əvvəl ailənin tək övladının ön cəbəhəyə göndərilməməsi ilə bağlı təklif Milli Məclisdə müzakirə edilsə də, səsverməyə qoyulan qanun layihəsi qəbul edilməmişdi.
Cəmiyyətin bəzi təbəqələrində tək övladın ön cəbhəyə göndərilməsiylə bağlı narazılıqlar səsləndirilib, onlar bunun düzgün olmadığını hesab edirlər. Bəs görəsən cəbhədə baş verən hadisələrdən sonra ailənin tək övladının ön cəbhəyə göndərilməsi yenidən Milli Məclisdə müzakirəyə qoyulacaqmı? Deputatlar bu problemin həllini nədə görürlər?
"Belə bir bölgü aparsaq, ordu quruculuğunda çox böyük problemlər və differensiya yarana bilər" - Fazil Mustafa
Bir müddət əvvəl ailənin tək övladının ön cəbəhəyə göndərilməməsi ilə bağlı təklif Milli Məclisdə müzakirə edilsə də, səsverməyə qoyulan qanun layihəsi qəbul edilməmişdi.
Cəmiyyətin bəzi təbəqələrində tək övladın ön cəbhəyə göndərilməsiylə bağlı narazılıqlar səsləndirilib, onlar bunun düzgün olmadığını hesab edirlər. Bəs görəsən cəbhədə baş verən hadisələrdən sonra ailənin tək övladının ön cəbhəyə göndərilməsi yenidən Milli Məclisdə müzakirəyə qoyulacaqmı? Deputatlar bu problemin həllini nədə görürlər?
"Belə bir bölgü aparsaq, ordu quruculuğunda çox böyük problemlər və differensiya yarana bilər" - Fazil Mustafa

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bu problemin həllini ədalətli bölgüdə görür: "Bu məsələni bir dəfə də Məclisdə qaldırmışdıq. Azərbaycanda çox sayda ailənin tək övladı var. Biz belə bir bölgü aparsaq, ordu quruculuğunda çox böyük problemlər və differensiya yarana bilər. Bu problemlərə çox diqqət etmək lazımdır. Kimsə pul verir deyə, ona imtiyaz yaradılıb şəhərdə xidmət etməyə göndərilmir, o cümlədən cəbhə xəttinə göndərilənlər də ancaq kasıbların, kimsəsizlərin uşaqları deyil. Söhbət ədalətli yanaşmadan gedir. Məlum son hadisələrdən sonra bu məsələni bir daha Milli Məclisdə qaldıracağıq ki, mümkün səviyyədə ailənin tək övladların bir başa ön cəbhəyə göndərilməsinə yenidən baxılsın. Millət vəkili olaraq deyə bilərəm ki, bu, problemin həlli yolu deyil. Bu məsələnin həlli ədalətli bölgünün aparılmasıdır”.
"Ailənin tək oğul övladları ön cəbhəyə göndərilməməlidir" - Yevda Abramov

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bu təklifə tərəfdar olduğunu diqqətə çatdırdı: "Əgər bir valideynin tək oğlu varsa, o, ön cəbhəyə göndərilməməlidir. Demirəm ki, o, hərbi xidmətə getməsin və ya hərbi biliyi olmasın. Ancaq ən azından təmas xəttinə göndərilməsin. Bizim ordudadakı əsgərlərimizin sayı kifayət qədərdi. Ona görə də müharibə şəraitində ailənin tək övladını və ya xüsusi istedadı olan gəncləri ön cəbhəyə aparmağı dəstəkləmirəm. Bu qanun ilk növbədə komitələrdə müzakirə edilməli, bu mövzu ətrafında millət vəkilləri kifayət qədər müzakirələr aparıb, öz fikirlərini deməlidilər. Bu məsələdə fərdi hisslərə qapılmaq olmaz. Deməzdim ki, ailənin tək övladlarının ön cəbhəyə aparılmaması qorxaqlıq və ya çəkingənlikdir. Yox, əsla. Elə tək övladlarımız var, ata-anasından gizlin könüllü dəstəyə yazılıb, müharibəyə getməyə can atırlar. Amma millətin genefondunu qoruyub saxlamaqdan, elə ailələrin soy-kökünün kəsilməməsindən ötrü tək övladları müharibə meydanına aparmaq düzgün deyil. Milli Məclisdə bu məsələ müzakirə edildikdən sonra, bu şəxsi fikirlərimi orada da deyəcəm”.
"Allah etməsin müharibə başlayarsa, əgər ehtiyac yaranarsa, qocadan cavana qədər hamı döyüşə gedəcək. Ayın 15-də əgər bu qanun layihəsi komitəyə verilibsə, gələcək iclaslarda müzakirə ediləcək”. – deyə Y.Abramov bildirdi.
"Yəqin ki, bu məsələ Milli Məclisdə yenidən qaldırılacaq" - Aqil Abbas

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas bu təklifin məclisdə yenidən qaldırılacağını dedi: "Bu təklif bir dəfə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə edilmişdi ki, ailənin tək övladları ön cəbhəyə aparılmasın və ya ön cəbhədədirsə, arxa xətlərə göndərilsin. Yəqin ki, bu məsələ Milli Məclisdə yenidən qaldırılacaq”.
Millət vəkilinin sözlərinə görə, ailənin bir oğlu, ya da beş oğlu arasında heç bir fərqi yoxdur: "Yəni bir oğul öləndə də həmin ailə üçün böyük dərddir, beş oğuldan biri dünyasını dəyişəndə də həmçinin”.
Mətbuatda gedən məlumatlara görə təmas xəttində şəhid olan aşağıdakı hərbi qulluqçular ailənin yeganə oğlan övladı olublar:
1) Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) Nicat İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.
2) Əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub. 1997-ci il təvəllüdlü. Ailənin yeganə övladı olub.
3) Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu. 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Ailənin yeganə oğlu idi. Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən həlak olub.
4) Əsgər Qurbanlı Fəxrəddin Seyfəddin oğlu. 1994-cü il təvəllüdlü. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsindən məzun olub. Cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olub. Ailənin yeganə oğlu idi.
5) Əsgər Rəvan İsmayıl oğlu Nurayev. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
6) Əsgər Orucov Müşfiq Arif oğlu. Naftalan rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Evin tək oğlu idi.
Orxan Aslanlı
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























