Nemət Pənahlı saxlanıldı

Polis Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun bacısı oğlu Əbülfəz Allahverdiyevi saxlayıb.
"Report"un xəbərinə görə, buna səbəb N.Pənahlının Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında keçirilən aksiyaya etiraz etməsi olub.
Partiya sədri özünün də həmin binada yaşadığını əsas gətirərək, rahatlığının pozulduğunu bildirib və etiraz aksiyasının dayandırılmasını istəyib. Bununla da aksiya iştirakçıları ilə N.Pənahlı arasında mübahisə yaşanıb. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları onu və bacısı oğlu Ə.Allahverdiyevi saxlayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























