• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqların zərərli informasiyalardan qorunması qanunla tənzimlənəcək

Uşaqların zərərli informasiyalardan qorunması qanunla tənzimlənəcək
12.04.2016 14:02
Azərbaycanda uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması qanunla tənzimlənəcək.

Trend-in məlumatına görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında "Uşaq hüquqları haqqında" və "Telekommunikasiya haqqında" qanunlara uşaqların hüquqlarının qorunmasını nəzərdə tutan yeni müddəaların əlavə olunması müzakirə edilib.

Komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, "Uşaq hüquqları haqqında" qanunun 15-ci maddəsinə (Uşağın məlumat azadlığı) əlavənin edilməsi təklif edilir. Bu layihəyə görə, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. "Telekommunikasiya haqqında" qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) əlavə ediləcək bəndə görə isə abunəçilərin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsi də təsbit olunur. Qanunun 34-cü maddəsinə (Abunəçilərin hüquq və vəzifələri) nəzərdə tutulan dəyişiklikdə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək imkanı olacaq.

A.Naxçıvanlı bu dəyişikliklərin cəmiyyətin sosial sifarişi və onların qəbuluna ciddi ehtiyacın olduğunu deyib.

Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol