• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA regionlarda nümunəvi təsərrüfat layihələri həyata keçirir

AMEA regionlarda nümunəvi təsərrüfat layihələri həyata keçirir
29.05.2020 08:45
Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdən biri də kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqətin yetirilməsidir. Qeyri-neft sektorunun inkişafı və ərzaq təhlükəsizliynin təmini "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri kimi öz əksini tapıb.

Bu məqsədlə AMEA İşlər İdarəsinin Elm və Texnologiya Parkının Aqrar sektoru tərəfindən regionlarda nümunəvi təsərrüfat layihələri həyata keçirilir. Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının etibarlı təminatı məqsədilə AMEA-nın aidiyyatı elmi müəssisələri ilə məsləhətləşmələr aparılıb. Elm və Texnologiya Parkının Aqrar sektoru tərəfindən dayaq məntəqələrinin torpaq sahələrində buğda, üzüm, nar, pambıq, soya və digər bitkilərin əkini həyata keçirilib.

Ötən həftə AMEA Rəyasət Heyəti aparatından, Aqrar, Biologiya və Tibb elmləri bölmələrinin müvafiq institutlarından bir qrup alim və mütəxəssis AMEA-nın aran rayonlarında yerləşən dayaq məntəqələrində olub. Akademiyanın Botanika İnstitutunun Kürdəmir, Zoologiya İnstitutunun Ağsu, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar, Genetik Ehtiyatlar İnstitutunun Ağdaş rayonları ərazisindəki dayaq məntəqələrində yerinə yetirilən elmi tədqiqat və təşkilati işlərlə tanış olan alimlər təcrübə sahələrinə və təsərrüfat əkinlərinə baxış keçiriblər.

Dayaq məntəqələrin aqronomları ilə görüşlər zamanı yüksək keyfiyyətli məhsul almaq üçün becərilmə texnologiyalarının və suvarma qaydalarının öyrənilməsi, eləcə də becərilən növlərin yerli şəraitə uyğunlaşdırılması və geniş tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Torpaqların səmərəli becərilməsi məsələlərində onlara lazımi tövsiyələr verilib. Ərazilərdə tingçilik, şitilçilik, bağçılıq istiqamətində tədqiqatların genişləndirilməsi, həmçinin rəqabətqabiliyyətli məhsulların becərilməsi hədəf olaraq müəyyənləşdirilib.

AMEA əməkdaşları, həmçinin dayaq məntəqələrinin inzibati binalarının maddi-texniki təchizatı və təsərrüfatlarda tətbiq olunacaq yeni alınmış müasir texnika və avadanlıqlarların saxlanılması vəziyyəti ilə tanış olublar.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol