• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə: "Elnur Nağızadə işdən başqa səbəblərə görə çıxarılıb"

Məleykə Abbaszadə: "Elnur Nağızadə işdən başqa səbəblərə görə çıxarılıb"
12.04.2016 16:22
"Kimsə dövlət qulluğunda işləyirsə, həddi-buluğa çatıbsa, öz əməllərinə özü cavab verməlidir, onun əvəzinə qohumları yox. Bu, çox gülməlidir”.

Bunu APA-ya açıqlamasında keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadənin qohumlarının səsləndirdiyi ittihamlara cavab verərkən deyib. Onun sözlərinə görə, kiminsə hansısa sualı və ya fikri varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər: "Mən nə məktəb direktoru, nə də bağça müdiriyəm ki, kiminsə valideyni, qohumu kiminləsə əlaqədar bizə qarşı çıxış etsin”.
 
 
E. Nağızadə ilə bağlı əlavə danışmaq istəmədiyini deyən M. Abbaszadə qeyd edib ki, hazırda istintaq gedir, istintaqın nəticəsi olaraq lazımı məlumat veriləcək.
 
M. Abbaszadə E. Nağızadənin oktyabr ayından TQDK-da işləmədiyini və işdən başqa səbəblərdən azad edildiyini deyib.

"Həmin vaxta kimi heç kim onunla bağlı şikayət etməyib. Sadəcə, Elnur Nağızadə ona verilən tapşırığı vaxtında yerinə yetirmədiyi üçün işdən azad edilib. Bundan 3 ay sonra bu hadisələr məlum olub və proseslər başlanıb. Biz nədənsə, yaxşı işləri qoyub, həmişə kimsə qanunu pozubsa, mütləq onu şişirtməli, müzakirə etməliyik. Nə üçün? Hazırda hüquq-mühafizə orqanları tərəfindən açıqlama verilib. Mən də açıqlama vermişəm. Hansısa açıqlama vermək istintaqa təsir göstərmək kimi qiymətləndirilə bilər ki, bu da qanuna ziddir”, - deyə sabiq TQDK sədri əlavə edib.

Qeyd edək ki, M. Abbaszadə APA-ya açıqlamanı TQDK ləğv olunmazdan əvvəl verib.

 

Xatırladaq ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

 

E. Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

 

O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.

 

E. Nağızadənin əmisi Tahir Nağıyev isə "lent.az"a açıqlamasında baş verənlərə görə M. Abbaszadəni ittiham edib.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol