• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus” kinoteatrı “Xəzər İntellektual Gənclər Klubu” ilə əməkdaşlığa başlayır

“CinemaPlus” kinoteatrı “Xəzər İntellektual Gənclər Klubu” ilə əməkdaşlığa başlayır
12.04.2016 16:44
Azərbaycan premium kinoteatrı "CinemaPlus” ölkənin ən böyük gənclər təşkilatlarından olan "Xəzər İntellektual Gənclər Klubu” ilə əməkdaşlığa başlayır.
 
Əməkdaşlıqda əsas məqsəd ölkə gənclərinin intellektual oyunlarda iştirakını təmin etmək, gənclərin intellektual potensialının üzə çıxarılaraq inkişaf etdirilməsinə yardımçı olmaq, istedadlı gənclərin fərdi inkişafında onlara yardımçı olmaqdır.

"Cinema Plus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadənin söylədiklərinə görə "Xəzər İntellektual Gənclər Klubu” ilə əməkdaşlıq gənclərin intellektual inkişafının təmin olunmasına kiçik də olsa bir töhfədir. Biz əminik ki, gənclərimiz arasında istedadlar çoxdur və onların üzə çıxarılmasında yaxından iştirak etmək istəyirik. Eyni zamanda gənclər arasında kinoya marağın artırılması da önəmlidir.
 
Əməkdaşlıq çərçivəsində gənclər arasında təşkil olunacaq intellektual oyunların qalibləri "CinemaPlus”dan ən son premyeralara bilet qazanacaq, vaxtaşırı kino mövzusunda intellektual oyunlar təşkil olunacaqdır.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
 
 "CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol