• $
  • €
  • ₽
  • ₺
  • £

Son 12 ildə Tarix İnstitutu 300-dən çox kitab nəşr etdirib

Son 12 ildə Tarix İnstitutu 300-dən çox kitab nəşr etdirib
12.04.2016 17:20
Aprelin 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti büro iclasında "AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri” adlı elmi məruzə ilə çıxış edib.

Tarix İnstitutunun mətbuat xidmətinin yaydığı xəbərə görə, Yaqub Mahmudov elmi məruzəsində qeyd edib ki, prezident İlham Əliyevin çağırışları, tövsiyə və tapşırıqları ilə Tarix İnstitutu son illərdə "Qarabağ: real tarix, faktlar və sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, dörd kitabdan ibarət üç cildlik "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” sənədlər toplusu, "Azərbaycan xalçaları: İrəvan, Qarabağ, Naxçıvan qrupları”, "Heydər Əliyev ideyalarının zəfər yürüşü”, "Real tarix və "Böyük Ermənistan” uydurması”, "İlham Əliyev və Azərbaycan tarix elmi” və digər fundamental tədqiqatlardan ibarət 300-dən çox əsər hazırlayıb nəşr etdirib.

Y.Mahmudov bildirib ki, Azərbaycan tarixini ilk mənbələrdən öyrənmək məqsədiylə Tarix İnstitutunda yeni bir layihəni - "Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini ortaya qoyduq: "Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Həştərxan, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli kimi şəhərlərin arxivlərindən əldə olunan arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir”.

"Ölkə başçısının göstərişi ilə 2009-cu ilin yanvarında Azərbaycan xalqının qatili və soyqırımı cəlladı olan Stepan Şaumyanın və onun əlaltılarının məzarları paytaxtımızın mərkəzindən ümumşəhər qəbiristanına köçürülən zaman həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları olduğu aşkara çıxdı və bununla daşnak-bolşevik saxtakarlığının üstü açıldı”, - deyə Y.Mahmudov qeyd edib.

Tarixçi-alim çıxışında vurğulayıb ki, Tarix İnstitutu AMEA Rəyasət Heyəti və Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi ilə birgə Azərbaycanda və Şərqi Anadoluda ermənilərin həyata keçirdiyi soyqırımlarına həsr olunmuş 3 beynəlxalq elmi konfrans həyata keçirib: "III Beynəlxalq soyqırımları elmi konfransı bu günlərdə Şamaxıda keçirilib. Konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Albaniya, Almaniya, Türkiyə, Rusiya (o cümlədən Moskva şəhəri, Tatarıstan Respublikası və Şimali Qafqazın bir sıra respublikaları), Özbəkistan, Gürcüstan və Polşadan olan alimlər elmi məruzələrlə çıxış ediblər”.

Məruzə ətrafında akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Nərgiz Axundova, İlyas Babayev, Şahbaz Muradov, professor Nazim İmanov və başqaları çıxış edib, Tarix İnstitutunda son illərdə görülən işləri yüksək qiymətləndirərək, tövsiyələrini səsləndiriblər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol