• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda dindarlaşma prosesi gedir”

“Azərbaycanda dindarlaşma prosesi gedir”
13.04.2016 19:48
"Azərbaycanda heç də zəif olmayan formada dindarlaşma prosesi gedir”.
 
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. 
 
O qeyd edib ki, belə dindarlaşma prosesi getdikcə Azərbaycanda bir sıra problemlər yaradır: "Təəssüf ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimizi dini kimliyimizə qarşı qoyur. Digər problem odur ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir. Bu "dindarlaşma” prosesinin gətirdiyi problemlərdən biri də  ondan ibarətdir ki, ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranır, bəzən qadın hüquqlarına qarşı çıxışlar olur”.
 
G. İsmayılov deyib ki, buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir: "Azərbaycan dünyəvi dövlət olduğundan bütün problemlər hüquqi müstəvidə həll edilməlidir. Amma bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Dindən qaynaqlanan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər. Bu gün adət-ənənələrimizin hamısı dindən qaynaqlanmır. Bu gün adət-ənənələrimizdə dindən gələn məsələlər rol oynayır. Amma məsələ ondadır ki, adət-ənənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem İslamda deyil. Səhv anlayışlar bizə səhv İslam adı altında gətirilir, biz buna qeyri-ənənəvi İslam da deyirik”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol