• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri: “Bəzi gəlinlər qab yuya bilmir”

Komitə sədri: “Bəzi gəlinlər qab yuya bilmir”
13.04.2016 16:53
 "Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq. 

Kişi qadın münasibətləri, ailə məsələləri bəzən islamdan təhrif olunmuş formada çatdırılanda ailə institunun təməlini sarsıdır".

 "Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentdə "Ailə institununun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən iclasda deyib.

"Bizim xalq deyimlərimizdə "bir yastıqda qoşa qarıyasız", "qızım səni ərə veririk, həmin evdən yalnız meyitin çıxa bilər" kimi sözlər boş-boşuna deyilməyib. Bunlar elimizdən, nəsillərdən gələn kəlamlardır. Əgər biz bu prinsipləri yaşada bilsək, kişinin və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq. Bu gün övladı şəhid olan anaları görəndə onların necə oğul tərbiyə etdiklərini görə bilirik. Onlar həqiqətən də vətən üçün lazımlı övladlar böyütdülər. Sovet dövründə biz elə başa düşürdük ki, tərbiyə cəmiyyətdə yaranır, ancaq zaman keçdikcə gördük ki, tərbiyənin təməli ailədə qoyulur. Bu gün ailədə qızı sabahın gəlini, anası və qayınanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları gələcəyin atası, ailə başçısı və qaynatası kimi tərbiyələndirməliyik. Təəssüf ki, hələ də evə gələn bəzi gəlinlərin qab yuya bilmədiyini, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əli əlinin üstündə oturub ailəyə sahibliyi qadın edir", - H.Rəcəbli bildirib.

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi haqqında danışan komitə sədri bildirib ki, bu qanunda öz əksini tapmış məsələlərin əksəriyyəti əvvəlki qanunlarımızda var: "Buradan mətbuata səslənirəm ki, bizim təklif etdiyimiz bəzi məsələlər elə təhrif olunmuş formada verilir ki, sonra onları insanlara izah etməkdə əziyyət çəkirik. Bu da öz növbəsində cəmiyyətin və qanun yaradıcılığının əksinə işləyir".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol