• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı: "100-ə yaxın evə mərmi düşüb"

İcra başçısı: "100-ə yaxın evə mərmi düşüb"
13.04.2016 15:44
"Təmas xəttinin Goranboy istiqamətində erməni təxribatları zamanı rayonun cəbhəyanı kəndlərinə ciddi ziyan dəyib". 

Bunu "Report"a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizaməddin Quliyev bildirib.

İcra başçısı qeyd edib ki, cəhbədə baş verən son hadisələr zamanı rayonun Tapqaraqoyunlu və Zeybə kəndlərinə daha çox ziyan dəyib: "Kəndlərdə kommunikasiya xətləri sıradan çıxıb. Ermənilər kəndləri daha çox top və qrad mərmisi ilə atəşə tutub. Nəticədə 100-ə yaxın evə, o cümlədən uşaq bağçasına mərmi düşüb. Kəndə düşən mərmilərin partlaması nəticəsində sakinlər arasında xəsarət alan olmasa da, 9 ev tamamilə yararsız hala düşüb, 60 baş mal-qara tələf olub".

N.Quliyev vurğulayıb ki, hazırda rayon Fövqəladə Hallar Komissiyasının (FHK) nümayəndələri tərəfindən cəbhəboyu kəndlərə dəyən ziyanın miqdarı hesablanır: "Erməni təxribatları zamanı zərər görmüş sakinlərə icra hakimiyyəti tərəfindən köməkliklər göstərilib və yardım olunub. Hazırda sakinlər öz evlərində gündəlik məişət qayğıları ilə məşğul olurlar". 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol