• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədən çıxışına qadağa qoyulanlara mesaj gələcək

Ölkədən çıxışına qadağa qoyulanlara mesaj gələcək
14.04.2016 15:44
Ədliyyə Nazirliyində qüvvədən düşmüş sənədlərin dövlət reyestrində toplanılan informasiya əsasında fiziki və hüquqi şəxslərin məlumatlandırılması xidməti ilə bağlı təqdimat keçirilib.

ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, tədbirdə çıxış edən Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Dövlət reyestrləri idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib ki, Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində toplanılan informasiya əsasında fiziki və hüquqi şəxslərin məlumatlandırılması xidməti təşkil olunub.

Yeni xidmət çərçivəsində məhkəmə qərarlarının icra olunmaması ilə əlaqədar sərhədkeçməyə dair qadağaların qoyulması və onların aradan qaldırılması barədə məlumatın ötürülməsi imkanı da yaradılıb.

Həmin xidmət vətəndaşın məhkəmə tərəfindən çıxarılan qərar barədə məlumatı vaxtında əldə edərək, onun icrası və qadağanın aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə imkan verəcəkdir.

Ölkədə fəaliyyət göstərən mobil operatorlarla razılıq əldə olunaraq yuxarıda göstərilən məlumatlar onların yaranmasına səbəb olan hallar baş verdikdən dərhal sonra şəxsin adına olan və hazırda istifadə edilən mobil telefonlarına göndəriləcək.

Hər bir şəxsə göndərilən ilk məlumatlandırma mesajı ödənişsiz olacaq və ona belə məlumatın daim alınması təklif ediləcək.

Sistemin abunəçisi olan şəxslər bundan sonra belə məlumatları aldıqda öz mobil operatorlarına yalnız qısa mesaj xidmətinə görə haqq ödəyəcəklər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol