• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin əməkhaqları ilə bağlı məsuliyyət nazirliyin tabeliyinə keçir

Müəllimlərin əməkhaqları ilə bağlı məsuliyyət nazirliyin tabeliyinə keçir
14.04.2016 18:56
"Təhsil Nazirliyi tərəfindən 15 Ərazi Maliyyə Hesablaşma mərkəzi yaradılıb".
 
"Report"un məlumatına görə, bunu nazirliyin Maliyyə şöbəsinin böyük məsləhətçisi Ramil Orucov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaradılmış mərkəzlərdən 13-ü hazırda tam fəaliyyət göstərir. Bunlardan Masallı və Balakən rayonu üzrə mərkəzlər mayın 1-dən fəaliyyətə başlayacaq. Bununla da gələn aydan etibarən ölkənin 15 regionunda - Sumqayıt, Xaçmaz, İsmayıllı, Oǧuz, Balakən, Aǧstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı və Astara bölgələrində Ərazi Maliyyə Hesablaşma mərkəzləri fəaliyyət göstərəcək".

Nazirlik rəsmisi qeyd edib ki, mərkəzlərin yaradılmasında məqsəd təhsil sahəsində maliyyə, inzibati resursların istifadə edilməsi, təkmilləşdirilməsi və mərkəzləşmiş maliyyələşməni həyata keçirməkdir: "2015-ci ilə kimi yerlərdəki bütün təhsil müəssisələri yerli təhsil şöbələrinin xətti ilə yerli maliyyə orqanları tərəfindən maliyyələşdirilirdi. Bu ildən etibarən isə 15 regionda yeni mərkəzləri yaradılması ilə idarəolunma mərkəzləşdirmə formasında olacaq. Yeni mexanizmin tətbiqi ümumilikdə regionlarda 4 134 təhsil müəssisəsini, o cümlədən, 3 875 ümumi təhsil və 259 məktəbdən kənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edib. Mərkəzdə nazirliyin aidiyyəti strukturlarının, eləcə də bir sıra qrupların 1 000-dən artıq işçisi cəlb olunub".

O əlavə edib ki, mərkəzləşmiş maliyyə mexanizmi Təhsil Nazirliyi tərəfindən hazırlanan qaydalara uyğun həyata keçirilir: "Bununla artıq müəllimlərin bütün əməkhaqları ilə bağlı məsuliyyət nazirliyin tabeliyinə keçir. Bundan başqa, mərkəzlər yaradılandan sonra müəllimlərdən müəyyən fondlara yığılan tutulmaların qarşısı alınıb və gələcəkdə alınacaq".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol