“edu.ann.az” elektron kitabxanasının təqdimatı davam edir - FОТО

Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə ANN.az xəbər portalının
hazırladığı "edu.ann.az” layihəsinin təqdimatı davam edir. 11-15 aprel 2016-cı
il tarixlərini əhatə edən təqdimat mərasimləri Yasamal, Xəzər, Nəsimi və Xətai rayonlarının
məktəblərində baş tutub.
Layihənin məqsədi şagirdlərin ədəbiyyat dərslərində
verilən sinifdən xaric qiraət vasitələri ilə təmin olunması və onların asudə
vaxtlarının səmərəli keçirilməsinin təşkil olunmasıdır. "edu.ann.az” saytı
vasitəsi ilə 5-11-ci sinif şagirdləri onlara tapşırılan əlavə ədəbiyyat
materiallarını kitabxanaya getmədən, qısa bir zamanda əldə edə biləcəklər.
Layihə çərçivəsində Yasamal rayonu 60 saylı tam
orta məktəbdə 30 nəfər, Xəzər rayonu 322 saylı tam orta məktəbdə 160 nəfər, Nəsimi
rayonu 46 saylı tam orta məktəbdə 140 nəfər və Xətai rayonu 59 saylı tam orta məktəbdə
isə 60 nəfər müəllim və şagird kollektivinə "edu.ann.az” elektron kitab portalı
haqqında məlumat verilib, şagirdlərin sualları cavablandırılıb, müəllimlərin
saytla bağlı təklifləri dinlənilib.
"edu.ann.az” layihəsinin təqdimatında sözü gedən təhsil
müəssisələrinin ümumilikdə 400 nəfərə yaxın heyəti iştirak edib.
Nəzərinizə çatdırırq ki, 2013-cü ildə "edu.ann.az”
layihəsinin hazırlanması barəsində təkliflər Azərbaycan Respublikası Təhsil
Nazirliyinə verilmiş və bəyənilərək layihənin elektron kitabxana formasında
istifadəyə verilməsi qərara alınmışdır.
Xatırladaq
ki, sözü gedən layihənin təqdimatına Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə 8 aprel 2016-cı il tarixində başlanılmışdır.
Onu da qeyd edək ki, "edu.ann.az” layihəsi çərçivəsində
həyata keçirilən tədbirlərin Bakı şəhərinin digər ümumtəhsil məktəblərində də
baş tutması planlaşdırılır.











www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























