• $
  • €
  • ₽
  • ₺
  • £

7 ermənini məhv edən zabit: "Yenidən döyüşməyə hazıram"

7 ermənini məhv edən zabit: "Yenidən döyüşməyə hazıram"
15.04.2016 12:25
Azərbaycan ordusunun zabiti Asif Rəsulov ermənilərə qarşı qəhrəmancasına vuruşub. 

O, Talış yüksəkliyini qoruyarkən aprelin 6-da ağır yaralanıb. Hazırda hospitalların birində müalicə alır.

Bu barədə "Report"a A.Rəsulovun yaxın qohumu Bəxtiyar Nuriyev məlumat verib. O bildirib ki, zabit həmin yüksəkliyi qorumaq üçün könüllü gedib: "Talış yüksəkliyi ermənilərdən alındıqdan sonra, ermənilər yenidən həmin mövqeni tutmaq üçün cəhd ediblər. Bu zaman döyüş başlayıb. Asifgil 4 nəfər olublar, onlardan 3-ü şəhid olub. Asif özü isə ağır yaralanıb, 2 snayper, 3 avtomat gülləsi dəyib, qəlpə yarası alıb. Onlar döyüşdə xeyli erməni əsgərini məhv ediblər. Təkcə Asif özü 7 ermənini zərərsizləşdirib. Zabitimizin sağ qalması, sadəcə, möcüzədir. Hazırda o, hospitalların birində müalicə alır, vəziyyəti yaxşıdır".

Asif Rəsulovun Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etdiyini deyən B.Nuriyev qeyd edib ki, o, buna görə mükafatlandırılıb, təşəkkürnamələr alıb: "O yenə də deyir ki, Qarabağda müharibə başlasa, gedər. Hazırda onun nədənsə narazılığı yoxdur, yüksək səviyyədə diqqət və qayğı göstərilir".

Qeyd edək ki, Asif Rəsulov 1977-ci ildə Ağstafada doğulub. Ailəlidir, 2 övladı var.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol