• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov: Məktəbəqədər təhsil icbari olmayacaq

Mikayıl Cabbarov: Məktəbəqədər təhsil icbari olmayacaq
15.04.2016 16:07
Məktəbəqədər təhsilin alınması valideynlərin seçimi ilə olacaq.

Bizdə məktəbəqədər təhsil sahəsində problemlər mövcud idi. Bu problemlərin aradan qaldırılması üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çoxlu sayda uşaq bağçalarının tikilməsinə istiqamətlənmiş təşəbbüs ilə çıxş etdi. Azərbaycanda müsbət demoqrafik vəziyyətin müşahidə edilməsi sevindirici haldır. 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məşhur bloger Vyaçeslav Sapunova verdiyi müsahibəsində bildirib. 

Onun sözlərinə görə, məktəbəqədər təhsili əhatə etmək məqsədi ilə Təhsil Nazirliyi məktəb infrastrukturlarını istifadə etmək qərarına gəlib. 

"Əvvəlcə Bakı məktəbləri ilkin olaraq 8, daha sonra isə 140 məktəbdə məktəbəqədər hazırlıq sinifləri, gündə təxminən 3 saat məşğul olmaq şərti ilə 8 aylıq xüsusi kurslar təqdim edildi”, - nazir deyib. 

Cabbarov bəyan edib ki, belə siniflərə qəbul beş yaşından başlayır, "yəni məktəbə getməzdən bir il əvvəl”.

"Bu layihə yetərincə uğurlu oldu. Nəticələr gözlədiyimizdən artıq olduğu üçün biz Maliyyə Nazirliyi ilə birgə bu proqramın dövlət hesabına genişləndirilməsinə dair məsələni hökumətin baxışına çıxardıq. 2016-cı ilin sentyabr ayından layihəmizi miqyaslı şəkildə buraxmağa hazırlaşırıq. Məqsədimiz 2020-ci il üçün ölkənin məktəbəqədər təhsilini lazım olan səviyyəyə çatdırmaqdır”, - o bəyan edib. 

Nazir qeyd edib ki, hazırda məktəbəqədər təhsilin ölkədə əhatəsi 23-25%-dən ibarətdir, məqsəd 70% və yuxarı göstəriciyə çatmaqdır. 

Nazir, həmçinin vurğulayıb ki, məktəbəqədər təhsilin alınması valideynlərin seçimi ilə olacaq. 

"Eyni zamanda biz, uşaqların həyatda gələcək uğurları baxımından məktəbəqədər təhsilin ən mühüm pillə olduğuna dair daima maarifləndirmə işini aparacağıq. Məktəbəqədər təhsili olan uşaqların, bu təhsilə yiyələnməyən uşaqlardan gələcəkdə akademik göstəricilərinin daha yüksək olmasına dair bir sıra elmi və empirik dəlillər mövcuddur”, - M.Cabbarov bəyan edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol