• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid veririk, bəs məzarları nə gündədir? - VİDEO

Şəhid veririk, bəs məzarları nə gündədir? - VİDEO
15.04.2016 21:20
Atəşkəsdən keçən 22 il ərzində isə şəhidlərin qeyri-rəsmi sayı təxminən 2 min nəfərdir.


Şəhid məzarlarının fərqləndirilməsi ilə bağlı məsələ müzakirə mövzusudur. ANS TV-nin məlumatına görə, Səfərbərlik və hərbi çağırış üzrə dövlət xidmətinin rəsmi rəqəmlərinə görə, təkcə 1991-1994-cü ilərdə Qarabağda gedən döyüşlərdə 12 minə yaxın hərbi qulluqçu həlak olub.

Atəşkəsdən keçən 22 il ərzində isə şəhidlərin qeyri-rəsmi sayı təxminən 2 min nəfərdir. Döyüşlərdə şəhid olumuş hərbçilərin bir qismi Şəhidlər xiyabanında və rayonlardakı xiyabanlarda torpağa tapşırılıb. Böyük bir əksəriyyət isə kənd qəbiristanlıqlarında öz doğmalarının yanında dəfn edilib. Amma bu məzarlar zaman keçdikcə unudulur və baxımsız vəziyyətə düşür.

Azərbaycanda müharibədə şəhid olmuş şəxslərin  dəfni də, onların dəfn olunduqdan sonra məzarlarına nəzarətin həyata keçirilməsi də qanunvericilklə tənzimlənmir. Millət vəkili Fazil Mustafa hesab edir ki, bu məsələ qanun predmeti olmasa da müharibə şəraitində yaşayan bir xalq üçün ənənənin formalaşması mühümdür.

"Şəhid təkcə onun valideyininin övladı deyil. O, bütövlükdə vətənin övladırdır. Və insanlar onun etdiyi hərəkətdən, onun qəhrəmalıq motivindən nələrsə götürməlidirlər. Başqa bir nəslin formalaşması üçün şəhidi ziyarət edərkən onun ömür yolu haqqında bilgilər olmaldır”, - deyə millət vəkili qeyd edib.

Parlamentin üzvü Rövşən Rzayevin fikrincə bu məsələdə əsas iş yerli icra qurumlarının üzərinə düşür. "Şəhid Azərbaycan bayrağı ilə dəfn edilir. Sonra onun məzar daşının üzərində də bu mütləq qaydada xatırlanmalıdır. Şagirdlər şəhidlər haqqında daha çox maarifləndilməlidir”.

Millət vəkilləri hesab edir ki, qonşu ölkələrin təcrübəsindən də istifadə etmək olar. Məsələn Türkiyədə şəhid məzarlarının olduğu istənilən ucqar qəbiristanlıqda belə türk bayrağına, şəhid olmuş şəxs haqqında lövhəyə, məzarın üzərində  ay ulduza rast gəlinir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol