• $
  • €
  • ₽
  • ₺
  • £

“Mənə ailəmlə o ölkədə yaşamaq təklif edilmişdi...” - Əylisli

“Mənə ailəmlə o ölkədə yaşamaq təklif edilmişdi...” - Əylisli
16.04.2016 12:20
Yazıçı Əkrəm Əylisli Azərbaycanı birdəfəlik tərk etmək istəməsi ilə bağlı mətbuatda səsləndirilən iddiaları cavablandırıb.

Ə.Əylisli "Qafqazinfo”ya açıqlamasında bu iddiaları absurd adlandırıb. Yazıçı bildirib ki, əgər ölkədən qaçmaq niyyəti olsaydı, başqa vasitələrə əl atardı:

"Bu, sifarişli, şər-böhtan kampaniyasıdır. Son vaxtlar şər-böhtan atmaq aktual olub. Bunu yazan şəxsi məhkəməyə verə bilərəm. Sübut etsin ki, hara və niyə qaçırdım. Azərbaycandan qaçmaq heç yuxuma da girmir. Mənim hara və niyə getdiyim bəlli idi. "Daş yuxular” əsəri ilə bağlı müzakirələrin qızğın vaxtında mənə Norveçdə Penklub xəttiylə ailəmlə birgə yaşamaq təklif edilmişdi. Əgər belə bir niyyətim olsaydı, təklifi elə o zaman qəbul edərdim.

Bu nanəcib şeylər görünür kimlərəsə lazımdır. Belə kampaniyalarla hadisələrdən xəbəri olmayan kütləni aldatmaq olar”.

Yenidən "Nobel” mükafatına namizədliyinin irəli sürülməsinə gəlincə, yazıçı qeyd edib ki, ikinci dəfə kiminsə onun namizədliyini təqdim edəcəyinə inanmır:

"Məni Nobelə təqdim edənlər adlı-sanlı adamlar, ötəri siyasi ehtirasa qoşulmayan alicənab, nüfuzlu alimlər idi. Kiminsə yenidən namizədliyimi sürəcəyinə inanmıram. Əgər doğru olarsa, buna ancaq sevinə bilərəm”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol