Torpaqların təyinatına uyğun istifadə edilməməsinə görə vergi dərəcəsini artıracaq

Azərbaycanda torpaqların təyinatına uyğun istifadə edilməməsinə görə vergi dərəcələrini artırmaq təklif olunur.
Trend-in məlumatına görə, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva iclasda çıxış edərkən bildirib ki, kənd təsərrüfat təyinatlı torpaqlar üzrə vergi dərəcəsi bir şərti bala görə 0,06 manat səviyyəsində qalmaqda davam edir: "Torpaqlar təyinatına görə istifadə edilməzsə, vergi dərəcəsini 100 kvadratmetrə görə 10 manatadək artırmaq təklif olunur".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























