Bu il Azərbaycanda körpələrə “ay” sözündən istifadə edilən 25 fərqli ad verilib

"Ay” sözündən istifadə etməklə oğlanlara Ayxan, Tuncay, Ayaz, Aydın adları qoyulub
Azərbaycanda "ay” sözündən istifadə etməklə xeyli sayda adlar yaradılır.
"Report” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ilin ilk üç ayında doğulan qız uşaqlarına verilən adlardan 21-də "ay” sözündən (və ya şəkilçisindən) istifadə edilib.
Bu ilin ilk rübündə doğulan qız uşaqlarına ay sözündən istifadə etməklə Elay (22), Sunay (22), Aylin (350), Nuray (469), Ayan (301), Gülay (179), Ayla (135), Aysu (124), Ayşə (27), Aygün (26), Aytən (26), Aydan (92), Nilay (78), Aytac (63), Aysun (62), Günay (45), Humay (40), Aynur (37), Ayşən (40), Miray (34), Aysel (31) kimi adlar verilib.
"Ay” sözündən istifadə etməklə oğlanlara Ayxan (244), Tuncay (89), Ayaz (39), Aydın (24) adları qoyulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























