• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kran elektrik dirəklərini aşırtdı – FOTOLAR

Bakıda kran elektrik dirəklərini aşırtdı – FOTOLAR
19.04.2016 10:50
Dünən Bakıda zavoddan çıxan qaldırıcı kran bir neçə elektrik dirəyini aşırıb, naqilləri qoparıb. Hadisə nəticəsində ərazidə böyük təhlükə yaranıb.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Yavər Əliyev küçəsində baş verib. Boru izolyasiya zavodundan çıxan qaldırıcı kran sürücünün diqqətsizliyi üzündən 380 voltluq elektrik kabellərini qırıb, bir neçə elektrik dirəyini aşırıb.

Elektrik naqilləri yerə düşdüyündən ərazidə təhlükə yaranıb. Sakinlər dərhal ərazi üzrə polis bölməsinə məlumat veriblər. Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti hadisə ilə bağlı xəbərdar edilib və əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.

Nəticədə 200-ə yaxın ailə elektriksiz qalıb. Bundan başqa, aşan dirəklər evlərin dam örtüklərinə ziyan vurub.

"Azərişıq” ASC-nin Xətai rayon şöbəsindən verilən məlumata görə, səhər saatlarında dirəklər qaldırılacaq, qırılmış məftillər bərpa ediləcək. Yalnız bundan sonra abonentlərə elektrik enerjisi veriləcək. Təmir-bərpa işləri bu gün axşamadək davam edəcək.
 






www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol