• $
  • €
  • ₽
  • ₺
  • £

ETSN: Bakı İstintaq Təcridxanası təhlükəli vəziyyətlə üzləşib

ETSN: Bakı İstintaq Təcridxanası təhlükəli vəziyyətlə üzləşib
19.04.2016 15:49

"Bakı İstintaq Təcridxanasının yaxınlığındakı Zabrat gölündə suyun səviyyəsi qalxıb”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
 
O bildirib ki, hazırda Zabrat gölünün suyu getdikcə Bakı İstintaq Təcridxanasına və ərazidəki yaşayış evlərinə yaxınlaşır: "Gölün kənarında xeyli uçmalar baş verib. Artıq yaşayış evlərinin zirzəmiləri su ilə dolub. Məsələ ilə əlaqədar tərəfimizdən aidiyyəti qurumlara arayış hazırlanır”.
 
Baş geoloqun sözlərinə görə, Zabrat gölündə suyun səviyyəsinin qalxması Bakı İstintaq Təcridxanasına gedən magistral yola, eyni zamanda ərazidən keçən kommunikasiya xətlərinə problem yaradıb: "Magistral yola ziyan dəyib. Ərazidəki rabitə və elektrik xətləri suyun içindədir”.
 
Ə. Piriyev qeyd edib ki, Zabrat gölündə suyun səviyyəsinin qalxmasına gölə ərazidəki yaşayış evlərindən çirkab sularının axıdılması və qrunt sularının yer səthinə qalxması səbəb olub: "Yerli əhalinin sözlərinə görə, sovet vaxtı ərazidə su ötürücü kanal olub. Sonradan həmin su ötürücü kanal kimlərsə tərəfindən doldurulandan sonra göldə suyun səviyyəsi qalxmağa başlayıb”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol