• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil proqramında dəyişikliklər - Nazir açıqlayır

Xaricdə təhsil proqramında dəyişikliklər - Nazir açıqlayır
20.04.2016 15:52
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov deyib. 

ANN.Az xəbər verir ki, bu gün "Grand Hotel Europe"da Caspian European Club (Сaspian Business Club) çərçivəsində Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə biznes-forum keçirilir.

Nazirin sözlərinə görə, 2007-ci ildən həyata keçirilən bu proqram (xaricdə təhsil) təhsil sahəsində ən uğurlu proqramlardan biridir: "Bu proqramın həyata keçirildiyi müddətdə 3500 soydaşımız dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə ediblər. Yeni zamanda 2015-ci ildə bu proqramın bir hissəsi yekunlaşdı. Bu da o deməkdir ki, ölkəmiz üçün bir sıra potensial kadrlar hazırlanıb. Birinci proqramın tətbiq olunduğu dövrdə tələbələrin çox hissəsi bakalavr təhsili almışdılar. Gələcək illəri nəzərə alaraq , xaricdə təhsil proqramının fokusu iki istiqamətdə dəyişdirilir. Birinci istiqamətdə bakalavrlardan daha çox PHD və magistrlara üstünlük veriləcək. Bakalavrlara yalnız nadir hallarda istisna ediləcək, o hallarda ki, onların seçdiyi ixtisaslar Azərbaycan ali tədris müəssisələrində tədris olunmasın. Xaricdə təhsil proqramının davam etdiyi 8 il ərzində təhsil sahəsi bir çox nailiyyətlər əldə edib. İkinci istiqamət isə ölkədəki ali təhsil sistemlərində, xaricdən professor və müəllimlərin cəlb olunması vasitəsilə, xarici ölkələrdə olduğu kimi təhsil sisteminin ölkədə də davam etdirilməsidir. Burda da bizim strateji məqsədimiz ölkədəki ali təhsil səviyyəsini daha da artırmaq, müasirləşdirməkdir".

Nazir əlavə edib ki, xaricdəki təhsil proqramlarının inkişafını nəzərə alaraq, nazirlik də bu istiqamətdə dəyişiklik etməyi planlaşdırırıq: "Buna xaricdə təhsil proqramının ləğvi yox, onun müffəssəl şəkildə planlaşdırılmış resusrlarından istifadə etmək desək, düzgün olar. Bu dəyişikliklər kosmetik yox, strateji dəyişikliklərdir. Xaricdə təhsil ən mühüm alətimiz olsa da, o heç də vətəndaşlarımızın xaricdə təhsil ala biləcəyi yeganə metod deyil. Ölkəmizin bir sıra dövlətlərlə iki tərəfli müqavilələri var. Həmin müqavilələr əsasında dövlət xətti ilə təhsil almaq istəyənləri ali təhsil müəssisələrə ezam edirik. Bu il də bu praktika davam etdiriləcək".
 
Nazir bildirib ki, xaricdə təhsil proqramında hər hansı kvota və ya məbləğ ifadəsi olmayıb: "Ona görə də burada bütün vəsaitin istifadə edilib və ya edilməməsi ilə bağlı sualın özü bu layihənin dizaynı ilə üst - üstə düşmür. Kim müvafiq ali təhsil müəssisəsinin prioritet ixtisası üzrə qəbul olunurdusa, onu, təhsil haqqı tam şəkildə ödənilirdi. O ki, qaldı gələcəkdə proqramın maliyyələşdirmə mənbələrinə, bu son qərarda öz əksini tapacaq. Amma bu gündə Dövlət Neft Fondu xaricdə təhsil alan 1500-dən çox tələbəmizin təhsili, yaşayış, tələbə təqaüdləri ilə bağlı bütün xərclərini vaxtında ödəyir. Bu tərəfdən heç bir problem və çətinlik yoxdur. Əlavə mənbələrdən bu proqrama pul ayrılması hər zaman ola bilər. Bu istisna olunmur. Əsas mərhələdə biz mənbələri müzakirə etməkdən çox, proqramın dizaynını müzakirə edirik".
 
Təhsil naziri daha sonra ali təhsil alan tələbələrin elektron qaydada köçürülməsi məsələsinə də münasibət bildirdi: "Köçürülmənin meyarlarında köklü dəyişikliklər nəzərdə tutmuruq. İstisna edilmir ki, dəyişikliklər cüzi və cari xarakter daşısın. Həqiqətən də bu istiqamətdə il ərzində işlər görmüşük. Bu proses tam şəffaflaşıb. Meyarlara əsasən həyata keçirilir. Əsasən tələbələrin qəbul imtahanında topladığı ballar əsas götürülməklə, onların ixtisaslarının uyğunluğu eyni saxlanılmaqla, eyni zamanda hər kəs üçün bu prosesin şəffaf olması üçün prosesin elektronlaşdırılması bu layihə üçün növbəti addım oldu. Bir neçə il bundan əvvəl bu sahədə çətinliklərə, qeyri-şəffaqlıq və mənfi hallara rast gəlinirdi. Bu da tələbələrin haqlı narazılığına səbəb olurdu. Meyarların şəffaflaşdırılmasında əsas məqsəd insan faktorunun aradan qaldırılması, universitet-tələbə münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması idi. Biz bu istiqamətdə işlərimizi davam etdirik, yaxın aylarda bu proseslə bağlı işləri başa çatdıracğıq".

Qeyd edək ki, biznes-forum zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Texniki Universitetinin rektorlarına Caspian European Club-un (Сaspian Business Club) fəxri üzv sertifikatları təqdim olunacaq.

Orxan Aslanlı
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol