• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nə vaxt 10 milyon əhali yaşayacaq?

Azərbaycanda nə vaxt 10 milyon əhali yaşayacaq?
21.04.2016 13:55
Azərbaycanda iqisadi inkişaf, sabitlik və rifah səviyyəsinin artması ölkədə çox müsbət demoqrafik vəziyyət yaradıb. Dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda 65 və yuxarı yaşda olanlar ölkə əhalisinin 5,9%-ni təşkil edir.

Oxu.Az-ın məlumatına görə, bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev İsveçin Stokholm şəhərində keçirilən BSTA Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.

"Respublika əhalisi müvafiq meyarlara görə gənc sayılır, yəni əhalinin 68,2%-i 15-60 yaşda olanlardır ki, bu da dünya üzrə müvafiq göstəricidən 7% yüksəkdir.

Əgər inkişaf etmiş ölkələrdə əhalinin orta yaşı 40 yaşdan yüksəkdir, bizim əhalinin orta yaşı isə 28 yaşdır”, - deyə nazir müavini qeyd edib.

İ.İsayev bildirib ki, 2015-ci ildə respublika əhalisi 9,7 mln. nəfər təşkil edirdisə, 2020-ci ildə bu göstərici 10,1 mln. nəfərdən çox olacaq.

"İllik təbii artım əmsalı orta hesabla 1,3-dür”.

Nazir müavini həmçinin demoqrafik inkişaf şəraitində əmək ehtiyatlarından səmərəli istifadənin strateji vəzifələrdən olduğunu, bununla əlaqədar ölkədə yeni uzunmüddətli məşğulluq konsepsiyası hazırlandığını bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol