Bakıda yanğın: 2 nəfər xilas edilib, 17 sakin təxliyə olunub

Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.
Məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və təhlükəsizlik məqsədilə binadan 17 nəfər sakin təxliyə olunub. Yanğından mənzil mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























