• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlara yol hərəkəti qaydalarını öyrədəcək layihəyə start verildi

Uşaqlara yol hərəkəti qaydalarını öyrədəcək layihəyə start verildi
22.04.2016 14:17
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDT-İB) "uşaqlara yol hərəkəti qaydalarını” öyrədəcək layihəyə start verib.

Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dəstəyi Şurasının 2016-ci il maliyə müsaqibəsinin qaliblərindən olmuş "Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək" təlim-layihəsinin icrasına başlanılır. Layihəni Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDT-İB) 64 saylı orta məktəbdə cari tədris ilində həyata keçirəcək. Bu haqda məlumatı jurnalistlərə layihə rəhbəri Əli Cəfərov verib. Layihə rəhbərinin bildirdiyinə görə, təlimlərin keçirilməsində əsas məqsəd usaqları yol hərəkəti qaydaları haqqında maarifləndirməkdən ibarətdir. Həmçinin paralel olaraq onların yaradıcı təfəkkürlərini, fantaziyalarını gücləndirməklə, düşüncə, fikir, mülahizə qabiliyyətlərinin formalaşmasına nail olmaq, ətraflarındakı hadisə və proseslərə nüfuz etmək kimi vərdişlərini inkişaf etdirməklə isə mənəvi baxımdan zənginləşdirməkdir. 

Təlimlərin məqsəd və vəzifələrinin detalları barədə geniş ictimaiyyəti bilgiləndirən layihə rəhbəri konkret hədəflərini də açıqlayıb: "Uşaqların çoxunun qabiliyyəti onların daxilində gizlənir. Bizim əsas vəzifəmiz bu potensialın aşkara çıxarılması və inkişaf etdirilməsi istiqamətində işlərin təşkilidir. Təlimlər nəticəsində uşaqların yaradıcılıq qabiliyyətləri inkişaf etdikcə onların şəxsiyyətlərində müsbət dəyisikliklər baş verəcək. Bu isə onlarda təşəbbüskarlıq, qərarların qəbulunda müstəqillik, özünü azad ifadəetmə vərdişləri, özünə inam hissləri oyatmış olacaq”. 

Əli Cəfərov onu da söyləyib ki, hazırda layihənin iştirakçıları icra planının gerçəkləşdirilməsini stimullaşdıracaq texniki işləri yerinə yetirirlər. Bu proseslər yekunlaşan kimi layıhənin icrasına başlanılacaq.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol