• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda atılan güllə ABŞ səfirliyinin maşınına dəydi

Bakıda atılan güllə ABŞ səfirliyinin maşınına dəydi
22.04.2016 16:37
Amerikalı diplomat atışma barədə polisə xəbər verib.

Badamdar qəsəbəsinin ərazisində yerləşən "Bulaq” restoranında dünən baş verən silahlı atışma zamanı iki nəfər yaralanıb. 
 
 
Bu barədə Sputnik-ə Bakı şəhərinin Səbail rayon Polis İdarəsindən bildiriblər.

Maştağa qəsəbəsinin sakininə məxsus restoranda saat 21:30 radələrində "Makarov” tipli tapançadan atəş açılıb. 

İlkin məlumata görə, restorana gələnlər arasında iri məbləğdə pul mübahisəsinə görə münaqişə yaranıb: tərəflər boc məsələsini həll etmək üçün görüşüblər. 

Samir adlı şəxs bu görüşə silahlı gəlib. O, restoranın həyətində atəş açmağa başlayıb, atışma zamanı onun tanışları yaralanıb, (yaralananlardan biri üç güllə yarası alıb, bud və döş nahiyəsindən, vəziyyəti ağırdır).

Münaqişə iştirakçıları yaralıları Nərimanov rayonu ərazisində yerləşən "City Hospital” xəstəxanasına aparıblar. Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları bundan xəbər tutublar və Nərimanov rayon Polis İdarəsindəki həmkarları ilə əlaqə saxlayıblar. Sonuncular tibb müəssisəsini əhatəyə alıblar və xəstələri Tibbi Kliniki Mərkəzə köçürüblər.  

Münaqişə nəticəsində yaralananlar Astara rayon sakini, 1980-ci il təvəllüdlü Fərid Əkbərov (ağır yaralıdır) və Bakı sakini, 1986-cı il təvəllüdlü Süleyman Abdullayevdir (o, sağ biləyindən yaralanıb). 

Münaqişə iştirakçıları və restoran sahibi baş verənlər haqqında polisə məlumat verməyərək bu faktı gizlətməyə çalışıblar. 

Əgər maraqlı bir fakt olmasaydı, restoranda baş verən hadisə barədə Səbail rayon Polis İdarəsində daha gec xəbər tutacaqdılar. 

Səbail rayon ərzisində baş verən hadisədən polis idarəsinin əməkdaşları ABŞ-ın Amerikadakı səfirinin müavini Derik Hoqanın sayəsində xəbər tutublar. 

Diplomatın "Chevrolet” markalı avtomobili "Bulaq” restoranının qarşısında park edilib, Hoqan özü isə bu zaman evi restoranın yaxınlığında olan səfirin qonağı olub. 

İş ondadır ki, güllələrdən biri səfirliyə məxsus avtomobilə dəyib. Xöşbəxtlikdən avtomobildə olan sürücü xəsarət almayıb. 

Hadisə yerində kriminalistlər beş giliz tapıblar. Daha sonra münaqişənin səbəbkarı Samir Bakı şəhər Polis İdarəsinə gələrək törətdiyi əməli etiraf edib. Hazırda fakt üzrə Bakı şəhər prokurorluğu araşdırma aparır. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol