• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-nun orta məktəblərlə əlaqələri genişlənir - FOTOLAR

ADU-nun orta məktəblərlə əlaqələri genişlənir - FOTOLAR
22.04.2016 23:59
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Bakı şəhəri Nərimanov rayonunda yerləşən 45 nömrəli orta məktəbin yuxarı sinif şagirdləri ilə görüşdü. ADU Tələbə Gənclər Təşkilatının (TGT) "Bir gün ADU-da” layihəsi çərçivəsində baş tutan görüşün əsas məqsədi universitet ilə məktəblər arasında əlaqələri genişləndirmək, şagirdlərdə ali təhsil müəssisəsi haqqında ilkin fikir formalaşdırmaq, həmçinin universitetlə qiyabi tanışlıq yaratmaq idi.
 
Sözügedən təhsil müəssisəsinin direktoru Nazilə Məmmədova ilə Anar Nağıyev arasında baş tutan görüşdə layihənin məqsədi və məktəblə universitet arasındakı əlaqələr haqqında fikir mübadiləsi aparıldı. Daha sonra şagirdlərlə görüşən Anar Nağıyev təmsil etdiyi Dillər Universitetinin tarixi, fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri, fakültələri və kafedraları, dil mərkəzləri, açıq kitabxanaları, muzeyləri, tələbə həyatı haqqında geniş məlumat verdi. Universitetin müasir standartlara cavab verən maddi texniki bazası və infrastrukturu haqqında danışan dekan ali təhsil ocağının sinxron tərcümə kabinləri, auditoriyalar, böyük konfranslara ev sahibliyi edən akt zalları, İnformasiya Resurs Kompleksi, "Poliqlot” qəzeti, onlayn televiziya, elektron sayt ilə təchiz olunduğunu sözlərinə əlavə etdi.
 
Anar Nağıyev universitetin beynəlxalq əlaqələrindən danışarkən bu istiqamətdə mühüm rol oynayan və kadrlar yetişdirən Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında geniş məlumat verdi. O, rəhbərlik etdiyi fakültənin müxtəlif beynəlxalq proqramlar çərçivəsində dünyanın bir sıra nüfuzlu universitetləri ilə tələbə və müəllim mübadiləsi apardığını və buna misal olaraq bu yaxınlarda 10 nəfər tələbənin təhsillərini davam etdirmək üçün universitet hesabına Çinə göndərildiyini sözlərinə əlavə etdi. Fakültə dekanı bunun öz növbəsində dövlətimizin beynəlxalq aləmdə tanınması, təbliğ edilməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı. Daha sonra o, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin məzunlarının bu gün ölkəmizin öndəgedən dövlət orqanlarında fəaliyyət göstərməsini diqqətə çatdırdı. Çıxışının sonunda şagirdlərin suallarını cavablandıran Anar Nağıyev onları ADU-ya dəvət etdi.
 
Sonda məktəbin direktoru Nazilə Məmmədova geniş formatlı tanıtım üçün Anar Nağıyevə dərin təşəkkürünü bildirdi.
 







www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol