• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və ABŞ hökumətlərinin Xaçmazda əməkdaşlıq edir

Azərbaycan və ABŞ hökumətlərinin Xaçmazda əməkdaşlıq edir
22.04.2016 18:50
21aprel tarixində Xaçmaz rayonununYergüc kəndinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat nazirliyini rəsmiləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yol təmiri layihəsinin başa çatmasını qeyd etmək üçün bir araya gəldilər. Bu layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI)tərəfindən icra olunub və ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.

Yergüc kəndi Qub-Xaçmaz magistral yolundan 7 km aralıda yerləşir. Kəndi Qub-Xaçmaz magistral yolu ilə birləşdirən kənd yolu illərlə baxımsız vəziyyətdə qalmışdı. Əlverişsiz yol şəraiti kənd təsərrüfatı mallarının və məhsulların daşınmasında, fövqəladə hallarda, habelə sakinlərin gündəlik fəaliyyətlərində mühüm çətinliklərə və gecikmələrə səbəb olurdu.İcma liderləri bir araya gələrək bu problemin həll olunmasına qərar verdilər. 

EWMI/SEDA layihəsinin dəstəyilə, icma yerli və regional hökumət qurumları ilə birgə işləyərək yolun 400 metrlik hissəsinə asfalt örtməklə təmir olunmasına nail oldular. Təmir olunmuş yol gediş-gəlişi təhlükəsiz etməklə və nəqliyyat xərclərini və vaxtı azaltmaqla 2600-dən çox sakinin gündəlik yaşam şəraitini yaxşılaşdıracaq. 

Bugünə kimi, EWMI/SEDAlayihəsi Azərbaycanın 61 icmasında 94,000-dən çox insana fayda verərək 69 layihənin maliyyələşdirilməsinə 1,400,000 ABŞ dollarından artıq vəsait xərcləyib.EWMI/SEDAicmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə  iştirakını təşviq  edir. Bu layihə USAID tərəfindən maliyyələşir və İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə, habelə ÜMİDyerli qeyri-hökumət təşkilatının iştirakı ilə həyata keçirilir.
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol