• $
  • €
  • ₽
  • ₺
  • £

“Dahilər ölmür” adlı tədbir keçirildi - Fotolar

“Dahilər ölmür” adlı tədbir keçirildi - Fotolar
22.04.2016 21:40
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Uilyam Şekspirin vəfatının 400 illiyinə həsr olunan "Dahilər ölmür” adlı tədbir keçirildi. Universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının və "Sönməz məşəl” mədəni əlaqələr İctimai birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ADU-nun professor-müəllim heyəti, tələbələr, o cümlədən Nəsimi rayonu 35 saylı tam orta məktəbin müəllim və şagirdləri də iştirak edirdilər.
 
 
Öncə Avropa teatr və sənətinin, ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan U. Şekspirin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olundu, eyni zamanda universitetin Filologiya və jurnalistika fakültəsinin tələbələri onun sənətinin ölməz örnəklərindən olan "Romeo və Cülyetta”, "Otello” əsərlərindən səhnəciklər, həmçinin bir neçə sonet və tərcümələrini səsləndirdilər.
 
 
Sonda Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova tədbiri yüksək qiymətləndirərək, bu tədbirin ərsəyə gəlməsində universitet rəhbərliyi başda olmaqla əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirdi.
 






www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol