• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda zəlzələ təhlükəsi: Bütün binalar yoxlanılacaq

Bakıda zəlzələ təhlükəsi: Bütün binalar yoxlanılacaq
23.04.2016 10:45
"Bəzi köhnə binalar mərhələli şəkildə söküləcək”.

Mayın 24-dən başlayaraq Bakıda binaların zəlzələyə davamlılığı yoxlanılacaq. Hansı binaların zəlzələyə davamlılığı zəif olacaqsa, həmin binalarda dayanıqlıq prinsipi ilə yenidən işlər görüləcək.

Oxu.Az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. 

O bildirib ki, bu istiqamətdə Almaniyanın Yer Elmləri Mərkəzinin seysmoloji bölməsi ilə əməkdaşlıq ediləcək. Monitorinqlər Bakıda bütün binaları əhatə edəcək.

"Zəlzələyə davamlılığın yoxlanılması prosesi almaniyalı mütəxəssislərlə birlikdə həyata keçirəcəyik. Cihazların alınması, maliyyə, treyninqlərin keçirilməsi almanlar tərəfindən, montaj və araşdırmanın aparılması isə yerli mütəxəssislər tərəfindən aparılacaq. 

Monitorinq zamanı mühit, qurunt axıntıları, zəif təkanların təsirindən binalarda yarana biləcək və yaranmış problemlər müəyyən ediləcək. Aşkar olunnan nasazlıq barədə Fövqəladə Hallar Nazirliyinə məlumat veriləcək. Problemin aradan qaldırılması istiqamətində işlər aparılacaq ki, sabah baş verəcək zəlzələdə bina tez dağılmasın, dayanıqlılığını saxlaya bilsin”.

Q.Yetirmişlinin sözlərinə görə, qəzalı vəziyyətə səbəb olacaq hallar aradan qaldırılacaq: 

"Hər bir tikili müəyyən müddət sonra kənar təsirlərdən zədələnə bilər. Adi külək, yoldan keçən ağır tonnajlı maşın belə binanın möhkəmliyinə təsir edir. Problemi müəyyən etmək üçün binaların zirzəmilərində, müəyyən mərtəbələrində cihazlar qoyulacaq. Bu cihazlar müəyyən müddətdə monitorinq aparacaq, toplanılan məlumatlar mütəxəssislər tərəfindən təhlil ediləcək”. 

Qurum rəsmisi qeyd edib ki, bəzi köhnə beşmərtəbə və doqquzmərtəbəli binalar mərhələli şəkildə söküləcək. Hansı binaların zəlzələyə davamlılığı zəif olacaqsa, həmin binalarda iş aparılacaq. 

"Monitorinqlər tək Bakıda yox, Bakıətrafı kəndləri və regionları da əhatə edəcək. Mayın 24-dən sonra bütün bunlar konkretləşdiriləcək və məsələ tam aydınlaşacaq”, - deyə Qurban Yetirmişli bildirib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol