• $
  • €
  • ₽
  • ₺
  • £

“Sınıq Körpü” gömrük postunda asayişi pozan bir qrup şəxs saxlanılıb

“Sınıq Körpü” gömrük postunda asayişi pozan bir qrup şəxs saxlanılıb
23.04.2016 15:02
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda asayişi pozan bir qrup şəxs saxlanılıb.
 
Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən  verilən məlumata görə, aprelin 23-də Gürcüstanla həmsərhəd rayonlarda yaşayan bir qrup sakin özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq yükə görə gömrük rüsumu ödəməkdən imtina edib.
 
Belə ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan və mütəmadi olaraq kommersiya məqsədilə Gürcüstana səyahət edən həmin şəxslərin yükünə gömrük baxış zamanı  şəxsi istehlak miqdarından artıq siqaret və ərzaq məhsullarının olduğu müəyyən edilib. Həmin şəxslərə qanunvericiliyin tələblərini  xatırladan gömrükçülər qanunla nəzərdə tutulan miqdardan artıq yükə görə gömrük vergi və rüsumlarının ödənilməsini tələb edib. Ancaq gömrük orqanları əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan həmin şəxslər kommersiya məqsədilə gətirdikləri normadan artıq yükə görə nəzərdə tutulan rüsumları ödəməkdən imtina ediblər.
 
Üstəlik  gömrükçülərin dəfələrlə apardıqları izahat işlərinə baxmayaraq həmin şəxslər vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirməklə onları nalayiq ifadələrlə təhqir edib, gömrükçülərə qarşı fiziki güc tətbiq etməklə asayişi pozmağa çalışıb.
 
Tovuz Gömrük İdarəsinin rəhbərliyi  tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub və polis əməkdaşları asayişi pozanları saxlayıb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol